Qızmar hava, şəhərin səs-küyü, stresli iş həyatdan səfalı təbiəti olan bölgələrə üz tutmağın əsil vaxtıdır.
Belə vaxtlarda əhalinin üstünlük verdiyi istiqamətlərdən biri də İsmayıllıdır.
Seyyah.az bölgə və istirahət seçimində çətinlik çəkən şəxslərə kömək məqsədilə təbiəti, havası və insanları il sevilən İsmayıllının istirahət mərkəzlərində qiymətləri təqdim edir.
"Green House" istirahət mərkəzi

Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan İsmayıllıda yerləşir. Qızmar yay günlərində siz burada sakitlik tapacaq, gücünüzü bərpa edəcək və mülayim havada, dağ çaylarının şırıltısında unudulmaz tətil keçirəcəksiniz. Restoranda hovuz, uşaq meydançası, bilyard salonu, tennis, futbol, voleybol meydançaları, park yeri fəaliyyət göstərir.
1 gün 1 otaqlı kotecdə 4 nəfər səhər yeməyi daxil 80 manat ödəyir. 2 nəfər səhər yeməyi daxil 50 manat ödəyir. Digər yeməkləri istirahət mərkəzinin menyusundan sifariş verə bilərsiz. Menyunu təqdim edirik. Əlaqə nömrəsi:
"Qız qalası" istirahət mərkəzi

Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan İsmayıllıda yerləşir. Qızmar yay günlərində siz burada sakitlik tapacaq, gücünüzü bərpa edəcək və mülayim havada, dağ çaylarının şırıltısında unudulmaz tətil keçirəcəksiniz.
Qiymətlər: 1 nəfər 1 gün gecələmə 20 manat,2 nəfər 1 gün 40 manat. 3 nəfər 1 gün 60 manat. Bu qiymətlərə səhər yeməyi daxildir. 1 nəfər gündə 3 dəfə yeməklə 50 manat ödəyir.
Əlaqə nömrəsi: 0553691015
«Qızıl qaya» istirahət mərkəzi

İsmayıllıda, dağın ətəyində yaşıl meşə ilə əhatələnmiş ərazidə yerləşən «Qızıl qaya» istirahət mərkəzində icarə kotteclər təklif olunur. Kompleksdə hovuz, diskoteka , bilyard salonu, restoran, uşaqların əyləncəsi üçün meydança və s. var.
Qiymətlər: 1 nəfər 1 günlük 3 dəfə yeməklə 30 manat. 2 nəfər 1 günlük 3 dəfə yeməklə 60 manat. 2 nəfər bir günlük təkcə səhər yeməyi ilə 50 manat. 4-5 nəfər təkcə səhər yeməyi ilə 70-80 manat ödəməlidir.
Əlaqə nömrəsi: 050 635 99 19 / 055 658 89 89
«Narnia» istirahət mərkəzi

İsmayıllı rayonu Cülyan kəndində yerləşən bu mərkəz öz füsünkar gözəlliyi ilə yüksək xidməti və sərfəli qiymətli ilə sizin zövqünüzə oxşayacaq.
Qiymətlər: 1 günlük 2 nəfər 50 manat, 1 günlük 4-6 nəfər 70 manat ödənir.Bu qiymətə yemək daxil deyil. Səhər yeməyi menyusu 6-10 manatadır.Günorta menyusu 10-15 manatadır.
Əlaqə nömrəsi: 070 522 18 08
«Məhsul» istirahət mərkəzi

İsmayıllı rayonununda yerləşən «Məhsul» istirahət mərkəzi sərfəli qiymət və yüksək xidmətlə sizin istirahət günlərinizi yaddaqalan edəcək.
Qiymətlər 1 günlük 1 ailə ( 2 nəfər böyük 1-2 uşaq) icarə haqqı 40 manat, 2 ailə 80 manat ödəyir.Bu qiymətlərə yemək daxil deyil. 1 ailə səhər yeməyi daxil 45 manat ödəməli ,2 ailə səhər yeməyi daxil 90 manat ödəməlidir.
Əlaqə nömrəsi: 050 462 57 37
Qızıl dərə istirahət mərkəzi

Qara Qaya kəndi ərazisində yerləşir. 2008 ci ildən etibarən fəaliyyət göstərir. Burda qonaqlar üçün olduqca ürək açan şərait yaradılıb. Hətta həvəskarlar üçün balıq tutmaq imkanı da var. Qiymətlər: 1 gün 2 nəfərlik icarə haqqı 40 manatdır, 4-5 nəfər üçün isə 70 manatdır. Bu qiymətə yemək daxil deyil. Səhər yeməyi menyusu 3-5 manat aralığında olur.
Əlaqə: 055-746-24-81; 051-354-94-79
Evim hotel

Evim hotel Lahıcda yerləşən və öz yüksək xidmətiylə seçilən otellərdən biridir. Təmizlik,xidmət kənd məhsullarından hazırlamış yeməklər zövqünüzü oxşayacaq.Qiymətlər: 1 gün 2 nəfərlik tək tək otaqlarda icarə haqqı 75 manatdır. Buna səhər yeməyi də daxildir,2 nəfərlik bir otaqda isə qiymət 80 manatdır və səhər yeməyi də daxildir, 1 otaqda 4 nəfərlik gecələmə 85 manatdır, səhər yeməyi də buna daxildir. Günorta və axşam yeməkləri üçün menyu qiymətləri 7-15 aralığındadır.
Əlaqə:0518800010