"Buta Airways"ın reyslərində pulsuz daşınan əşyalar - SİYAHI

Xəbərlər 19 Iyul 2017 14:31 1562
"Buta Airways"ın reyslərində pulsuz daşınan əşyalar - SİYAHI

"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir. Seyyah.az xəbər verir ki, minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.

 

"STANDART" tarifi qeydiyyatdan keçən baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verir. Əl yükü də ödəniş müqabilində daşınır.

 

Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

 

  • qadın əl çantası (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
  • kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
  • portativ kompyuter (noutbuk)
  • gül dəstəsi
  • əl ağacı
  • çətir
  • kağızlar üçün qovluq
  • üst geyim
  • mobil telefon
  • fotoaparat
  • videokamera
  • portpleddə kostyum
  • Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
  • hava gəmisinin salonunda və ya  sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
  • iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

 

OXŞAR XƏBƏRLƏR