Nabranın məşhur olmayan istirahət mərkəzləri – QİYMƏTLƏR

Xəbərlər 19 Iyul 2017 17:44 7920
Nabranın məşhur olmayan istirahət mərkəzləri – QİYMƏTLƏR

Yay mövsümündə ölkə vətəndaşlarının üz tutduğu istirahət zonalarından biri də Nabrandır. Nabran deyəndə bir çoxlarının ilk fikrinə gələn Malibu, Atlant və Palma kimi məşhur istirahət mərkəzləri gəlir. Lakin Nabranda çoxlarının heç adını bir dəfə də olsun eşitmədiyi bir çox başqa istirahət mərkəzləri də var. Bu istirahət mərkəzlərində elə də çox əyləncə xidmətləri təklif olunmasa da lakin təbiət qoynunda istirahət etmək üçün bir çox şərait yaradılıb. Bütün bunları nəzərə alaraq Seyyah.az fins.az-a istinadən Nabranın elə də məşhur olmayan istirahət məkanlarının qiymətlərini təqdim edir.

Saman Yolu istirahət mərkəzi - kotteclər 2 otaqlı 4 nəfərlik – 60 manat

1 otaqlı 2 nəfərlik – 40 manat

Jalə istirahət mərkəzi - standart kotteclər adambaşı – 25 manat gün ərzində 3 dəfə qidalanma

Lüks kotteclər adambaşı – 35 manat gün ərzində 3 dəfə qidalanma

Orman istirahət mərkəzi - kotteclər adambaşı – 45 manat gün ərzində 3 dəfə qidalanma

Elay istirahət mərkəzi - iki mmərtəbəli evlər adambaşı 25 manat gün ərzində 3 dəfə qidalanma

Veneziya istirahət mərkəzi - kotteclər adambaşı – 30 manat gün ərzində 3 dəfə qidalanma

Turist istirahət mərkəzi - kotteclər adambaşı 25 manat gün ərzində 3 dəfə qidalanma

Qoşa Çinar - kotteclər adambaşı 35 manat gün ərzində 3 dəfə qidalanma

Qeyd edək ki, adları sadalanan istirahət mərkəzlərinin əksəriyyətində yalnız kotteclərdi. Yəni əyləncə mrəkəzləri yoxdur . Lakin bu istirahət yerlərindən əyləncə mərkəzləri və ya hovuzları olanları da var. Bunlardan biri də Qoşa Çinardı. Lakin hovuzdan istifadə üçn əlavə 5 manat ödəmək lazım olacaq. Turist istirahət mərkəzində də hovuz var və bu istirahət mərkəzində hovuzdan istifadə pulsuzdur. Həmçinin Orman istirahət mərkəzində də pulsuz hovuz xidməti və diskoteyka təklif olunur.

OXŞAR XƏBƏRLƏR