Cənub bölgəsindəki istirahət mərkəzləri - QİYMƏTLƏR, SİYAHI

Xəbərlər 19 Iyul 2017 21:34 57971
Cənub bölgəsindəki istirahət mərkəzləri - QİYMƏTLƏR, SİYAHI

Ənənəvi olaraq Azərbaycanda turizm bölgələri kimi, şimal və şimal qərb rayonları tanınsa da, ölkənin cənubu öz təbiətinə və burada yaradılan şəraitə görə onlardan qətiyyən geri qalmır.  Əksinə, iqlimi və havasına görə, ən yaxşı şərtlərə malikdir. Talış dağlarından Xəzər dənizinə qədər geniş bir ərazini əhatə edən bölgədə çoxsaylı istirahət məkanları var. Yay aylarında ödkə əhalisinin böyük marağına səbəb olacağını nəzərə alaraq seyyah.az cənub bölgəsindəki istirpahət mərkəzlərindəki qiymətləri təqdim edir.

 

Meşəbəyi istirahət mərkəzi

Lerik rayonunda, Lənkəram-Lerik şosesinin 27 ci kilometrliyində yerləşən bu istirahət və sağlamlıq ocağının yerləşdiyi məkan ekoloji cəhətdən ideal yerdir. O qədər təmiz ki, burada həm səyahətçilər, həm turistlər, həm də sanator-kurort müalicəsi alanlar özlərindən xəbərsiz müalicə olunurlar.

Qiymətlər: 1 gün 2 nəfərlik otel otağı səhər yeməyi daxil 50 manat, 1 gün 2 nəfərlik kotec otağı səhər yeməyi daxil 70 manatdır.  1 nəfər üçün  günorta və axşam yeməkləri 25 manatdır. 2 otaqlı 4 nəfərlik 120 manat, 3 otaqlı üçün isə 140 manat ödənir.

Əlaqə nömrəsi: 050 552 33 40

 

Viləş hotel

 Masallının Qəriblər kəndində (istisu ərazisində) yerləşən Viləş hotelində 35 standart, 9 lüks otağı və 7 lüks kotec var. İstisu müalicəvi qaynağa çox yaxın yerləşən hotel həm keyfiyyətli xidməti və müasir üslubda dizayn edilmiş otaqları ilə, həm də gözəl təbiəti ilə diqqəti cəlb edir.

Qiymətlər: 1 günlük 2 nəfər 60 manat, 3 nəfərlik 90 manat, 4 nəfərlik  üçün isə 120 manat ödənir. Bu qiymətə səhər yeməyi və hovuz da daxildir.

 

Palıdlı sahil

Palıdlı sahil otelində tətilinizi yaddaqalan etmək üçün bütün xidmətlər var. Ləziz, milli mətbəx,hovuz,stolüstü oyunlar yüksək xidmət və sairə.

Qiymətlər: oteldə 1 nəfər 3 dəfə yeməklə 75 manat, 2 nəfərlik kotecdə 1 nəfər 3 dəfə yeməklə 55 manat, 2 nəfərlik kotecdə 2 nəfər qalarsa 80 manat, kotecdə 1 nəfər səhər yeməyi daxil 50 manat, 2 nəfərlik kotecdə 3 nəfərin qalması 70 manatdır. Bu qiymətlərə yemək daxil deyil.

Əlaqə nömrəsi: 0503653666

 

Xan Lənkəran 

Qədim milli üslublu , butik tipli Eko-otel Lənkəran şəhərinin mənzərəli və əlverişli hissəsində, Ləvəngi dairəsində yerləşir. “Şərqin simvolu” adlanlıdırlmağa layiq olan bu muzey xarakterli, nadir və əvəzsiz otel hər bir qonağı qədim dövrlərə – Lənkəran xanlığına “səyahətə” aparır. 

Qiymətlər: standart otaqlar 1 nəfər üçün 40 manat, 2 nəfər üçün isə 60 manatdır. Bu qiymətə səhər yeməyi daxildir. Qoşa çarpayılı otaqlar 1 nəfər üçün 50 manat, 2 nəfər üçün 70 manatdır. Bu qiymətə səhər yeməyi daxildir. Əlavə çarpayının otağa yerləşdirilməsi 20 manat, 6 yaşa kimi uşaqlara pulsuzdur.

1 nəfər üçün «deluks» otaq 70 manat, 2 nəfər üçün isə 90 manatdır. 1 nəfər üçün «luks» otaq 90 manat, 2 nəfər üçün isə 110 manatdır. Qiymətə səhər yeməyi daxildir.

Əlaqə nömrəsi: 0503905446

 

Mandarin hotel

Lənkəran rayonu Göyşaban kəndində (Baki Astara şosesi) fəaliyyət göstərən Mandarin hoteli ixtisaslı mütəxəsisslərdən ibarət olan personalı sizin istirahətinizi unudulmaz edəcək. Hoteldə sizi sakitlik və rahatlıqla dolu istirahət gözləyir.

Qiymətlər: 1 nəfər 35 manat, 2 nəfər 65 manat,3 nəfər 90 manatdır.Qeyd olunan qiymətlərə səhər yeməyi daxildir.

Əlaqə nömrəsi: (+99470) 547-83-83, (+99450) 547-83-83, (+99425) 254-53-35

 

Luxe Lankaran hotel

Lənkəran şəhərində yeni fəaliyyət göstərən LUKS LƏNKƏRAN HOTELİnin üstünlüklərindən biri hotelin Lənkəran şəhərinin mərkəzi meydanlarından birində yerləşməsidir. Luks Lənkəran hoteli yüksək xidmət və vaxtın səmərəli keçiriləcəyini vəd edir.

Qiymətlər: 1 günlük 1 nəfər 35 manat, 2 nəfər(1 otaqda) 55 manat 4 nəfər( ailə) 85 manatdır. 12 yaşa kimi pulsuzdur 12 yaşdan yuxarı uşaqlar üçün əlavə çarpayının açılması 15 manatdır.Luks otaq 1 nəfər üçün 90 manatdır.Bütün qiymətlərə səhər yeməyi daxildir.

Əlaqə nömrəsi: 0514914196

OXŞAR XƏBƏRLƏR