Gülhanə Tibb Fakültəsinə tələbə qəbul – RƏQABƏT YÜKSƏKDİR

Xəbərlər 19 Iyul 2017 21:47 749
Gülhanə Tibb Fakültəsinə tələbə qəbul – RƏQABƏT YÜKSƏKDİR

2017/2018-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinəkursantların qəbulu üçün müsabiqə elan olunur.

Turizm.fins.az xəbər verir ki, müsabiqədə 2017-ci ildə ali təhsil müəssisələrinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplayan, 20 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təqdim olunacaq.

Seçim zamanı uğur qazanan 2 nəfər namizəd Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinətəhsil almağa göndəriləcək.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Gühanə Tibb Fakültəsini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq va yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı 10 il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.

Müsabiqədə iştirak etmək istəyənlər imtahanların nəticələri elan olunduqdan sonra–iyulun 31-dək Dövlət İmtahan Mərkəzinə müraciət etməlidirlər.

OXŞAR XƏBƏRLƏR