Xəbər verildiyi kimi, bir qədər əvvəl fəaliyyətə başlayan "Buta Airways" aviaşirkətinin reyslərində minimal tariflə biletlər alınarda əl yükü üçün də əlavə ödəniş tələb olunur. Seyyah.az səyahət edənlər üçün maraqlı olacağını nəzərə alaraq «Buta» ilə daşınan əl yükü və baqajın qiymətlərini təqdim edir.
Əl yükü – 25 avro
Şirkətin qaydalarına görə, əl yükü ilə bağlı çəki məhdudiyyəti tətbiq olunmur. Əvəzində üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə yüklər üçün 25 Avro və ya 30 ABŞ dolları ödəniş edilməlidir. Yükün ölçüləri bundan artıq olduqda o baqaj kim yük yerinə göndərilir.
Baqaj – 25 avro
Təyyarənin yük yerində daşınacaq baqajlar üçün isə həm çəki, həm də ölçü tələbləri var. Belə ki, çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə yüklər üçün 25 avro və ya 30 ABŞ dolları ödəniş edilməlidir.
Onlayn ödənişdə 5 avro güzəşt var
Qaydalara görə, baqaja görə ödəniş bir qədər az da ola bilər. Bunun üçün müştəri uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edəcək. Amma bu qayda əl yükünə aid deyil, yəni onun pulu yalnız qeydiyyat masasında ödənilir – 25 avro olmaqla.
Əlavə 1 kiloqram ikinci yük sayılacaq
Ən maraqlı məqam baqaja verilən yükün ölçülərdən artıq olması ilə əlaqədardır. Belə ki, qeyd etdiyimiz kimi, baqaja verilən yükün çəkisi 23 kiloqramdan rtıq olmamalıdır. Əgər yükün çəkisi bunddan artıq, məsələn 24 kiloqram olarsa, bu artıq ikinci yük kimi hesablanacaq və ona görə əlavə 25 avro ödəmək lazım gələcək.