Həftəsonu turlar – İSTİQAMƏTLƏR – QİYMƏTLƏR

Xəbərlər 20 Iyul 2017 20:17 981
Həftəsonu turlar – İSTİQAMƏTLƏR – QİYMƏTLƏR

Həftəsonu yaxınlaşır bu isə o deməkdir ki, artıq kimin üçün bir, kimin üçün isə iki günlük istirahət günləri yaxınlaşır. Paytaxtda dözülməs istilər müşahidə edilməkdədir. Odur ki, ən azından həftsonunu bölgələrdə keçirməyin əsl vaxtıdır. Seyyah.az həftəsonları bölgələrə təşkil olunan bir və iki günlük turlrı təqdim edir.

Turda.AZ iyulun 23 Qubanın Xınalıq kəndinə bir günlük tur təşkil edəcək. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi xidməti, fotosessiya daxildir. Bundan başqa Xınalıq Qrız və Qəçreş meşəsinə ekskursiya təşkil olunacaq. Turun qiyməti 25 manatdır.

Bundan başqa iyulun 22 və 23-də digər bölgələrə də bir günlük turlar təşkil olunacaq. Quba turu 20 manat, Qəbələ-21 manat , İsmayıllı-lahıc turu -22 manat, Şəki-Qəbələ turu -23 manat, Quba-Qusar-laza turu – 23 manat, Masallı-yardımlı turu- 23 manatdır. Sadalanan turların qiymətinə nəqliyyat, səhər yeməyi, çay süfrəsi və ekskursiyalar daxildir.

Fly.az turizm şirkəti də həftəsonu bölgələrə bir günlük turlar təşkil edir. Belə ki, turlar Quba-Qusar -Laza və Şəki-Qəbələyədir. Turaların hər iksinin qiyməti 23 manatdır. Qiymət nəqliyyat, səhər yeməyi, çay süfrəsi daxildir.

Həmçinin Travel House Azerbaijan-da bölgələrə bir günlük turlar təşkil edir. Turlar Masallı-Yardımlıya və Oğuz-Qəbələyə təşkil olunacaq. Cənub bölgəsinə turun qiyməti 22 manatdır. Qğuz-Qəbələyə tur isə 23 manatdır. Qiymətlərə nəqliyyat, səhər yeməyi, çay süfrəsi, fotosessiya və bələdçi xidmətləri daxildir.

İki günlük turlar

İyulun 22 -23 Ritm travel Qax-Şəki – Qəbələyə iki günlük tur təşkil edəcək. Turun qiyməti 68 manatdır. Qiymətə nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi xidməti, fotosessiya və ekskursiyalar daxildir.

Həmçinin Turda.Az turizm şirkəti də Mingəçevir - Hacıkənd - Göygöl – Maralgöl-ə , Nabrana və Hirkan-Xanbulan-Lənkərana iki günlük turlar təşkil edəcək.

Mingəçevir - Hacıkənd - Göygöl - Maralgöl turu 89 manat, Nabran turu – 69 manat, Hirkan-Xanbulan-Lənkəran turu – 68 manatdır. Göstərilən qiymətlərə nəqliyyat, səhər yeməyi, çay süfrəsi, oteldə gecələmə, ekskursiyalar daxildir. 5 yaşa qədər uşaqların turda iştirakı pulsuzdur.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR