“Atlant” İstirahət Mərkəzində necə dincələ bilərsiz? – QİYMƏTLƏR

Xəbərlər 21 Iyul 2017 11:50 3968
“Atlant” İstirahət Mərkəzində necə dincələ bilərsiz? – QİYMƏTLƏR

İstilərin nəfəs kəsdiyi bu günlərdə şəhər sakinləri daha sərin məkanlara üz tutmağa vadar olurlar. Onların üz tutduğu yerlərdən biri də Nabranda yerləşən “Atlant“ istirahət mərkəzidir. Yəqin ki, hələ də bu istirahət mərkəzində olmayan və ya çoxdan olanlar var. Onda həmin şəxsləri qiymətlər və təklif olunan xidmətlər maraqlandıracaq. Bunu nəzərə alan Seyyah.az oxucularına adıçəkilən istirahət mərkəzi haqqında məlumatları təqdim edir.

Qonaqlama üçün yerlər

İstirahət mərkəzində ümumilikdə 288 otaq var. Əsasən, gecələmək üçün kotteclər təklif olunur. Lakin 6 mərtəbədən ibarət hoteldə 116 standart nömrə də var. Əksər nömrələrdən hovuza mənzərə açılır.

Bundan başqa qonaqlara kotteclər də təklif olunur. Belə ki kotteclərdən 55 -i 3 otaqlıdır və bu otaqlarda 6 nəfər qonaqlaya bilər. Həmçinin, lüks otaqlı 12 ədəd kotteclərdə var. Bu kotteclərin mətbəxi və buxar hamamı var.

Hovuzlar

Mərkəzi hovuzun sahəsi 2.450 kv metrdir. Burada 4 böyük sürüşmək üçün xüsusi avadanlıqlar var. İstirahət mərkəzində ən böyük hovuzun sahəsi isə 2 600 kv metrdir. Burada 7 ədəd su sürüşkənləri var. Həmçinin, uşaqlar üçün də ayrıca hovuz fəaliyyət göstərir. Bu hovuzun sahəsi isə 110 kv metrdir və ərazisində 5 ədəd su sürüşkəni var.

Həmçinin, istirahət mərkəzinin ərazisində futbol basketbol və tennis meydançaları var. Bundan əlavə kartinqdən də istifadə mümkündür. Kartinqdən 30 dəqiqə istifadə 10 manatdır.

Qiymətlər

İstirahət mərkəzində hoteldə qonaqlamaq istəyənlər adambaşına 55 manat ödəməli olacaqlar. Kotteclərdə qonaq olmaq isə adambaşına 58 manatdır.

Qeyd edək ki, bu qiymətə gün ərzində 3 dəfə qidalanma daxildir. Lakin qidalanma İsveç masası formasında təqdim olunur. Aquaparkdan istifadə isə istirahətdə mərkəzində qonaq olanlar üçün pulsuzdur. Kənar şəxslərin aquaparkdan istifadəsi adambaşına 10 manatdır.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR