Bakıda ilk dəfə balıq bazarı yaradılacaq

Xəbərlər 23 Iyul 2017 08:51 1716
Bakıda ilk dəfə balıq bazarı yaradılacaq

“Pirallahı rayonunda yeni iş yerləri və istehsal sahələri yaradılacaq”.

Seyyah.az  xəbər verir ki, bunu prezident Ilham Əliyev iyulun 21-də Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində bir qrup sakinlə görüşdə deyib. 

Dövlət başçısı qeyd eidb ki, rayonda balıq bazarı yaradılacaq: “Bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu böyük bir çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu, həm vətəndaşlara xidmət edir, eyni zamanda bu balıq bazarları bir növ turizm zonasına çevrilir”. 

OXŞAR XƏBƏRLƏR