“Lady və gentleman”lər bu yay hara gedəcəklər?

Xəbərlər 23 Iyul 2017 08:57 510
“Lady və gentleman”lər bu yay hara gedəcəklər?

Britaniya turagentlər Assosasiyası bu yay nə qədər britaniyalılının hara gedəcəyini müəyyənləşdiriblər. Seyyah.az fins.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada təhsil ocaqlarında tətillər indi başladığından insanlar istirahətə hələ yay mövsümünün yarısından başlayırlar.

Hesablamalara görə 2.4 milyon insan artıq bu həftəsonu səfərə yollanacaq. Britaniyalılar daha çox Kanar adalarına, Portuqaliya, Yunanıstan və İtaliyaya səfər edəcəklərini bildiriblər. Həmçinin yeni istiqamət olaraq Xorvatiya və Bolqariyaya gedirlər.

Müəyyən bir qism isə Meksika, Yamayka, Kuba və Dominikan ölkələrinə yollanacaqlar. Həmçinin britaniyalılar ABŞ-da ən çox Florida ştatına üz tuturlar. Yaxın günlərdə 58 min britaniyalının Parisə üz tutacağı bildirilir. Həmçinin çox sayda britaniyalının səfərə çıxması, hava limanlarında və yollarda tıxac yaradacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR