Tiflisin görməli yerləri - SIYAHI, ŞƏKİLLƏR

Xəbərlər 24 Iyul 2017 02:18 5704
Tiflisin görməli yerləri - SIYAHI, ŞƏKİLLƏR

Gürcüstan, xüsusən də onun mərkəzi şəhəri Tiflis tarixən Zaqafqaziyanın ədəbi-mədəni mərkəzlərindən biri olub. Azərbaycanın ədəbi-mədəni və ictimai-siyasi mühitində önəmli rolu olan M.F.Axundov,  Nəriman Nərimanov, F.Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Kamal Talıbzadə kimi bir çox ziyalılar bu şəhərdə yaşayıb yaradıblar. Seyyah.az sey-yah.com-a istinadən bildirir ki, hazırda Gürcüstanda təxminən 320.000-dən çox soydaşımız yaşayır.

Bu günə kimi bir çox ölkələr haqqında maraqlı məqalələr oxumuş olsaq da, yenə də görmək və oxumaq istədiyimiz bir çox mövzulara ehtiyac duyuruq. Aramızda artıq Tiflisin gözəlliyi ilə tanış olmuş şəxslər olsa da, bir çoxumuz bu xoşbəxtlikdən kənar qalmışıq. Elə məhz buna görə də Tiflisə səyahət edə bilməyən şəxsləri Qafqazın ən müasir şəhəri ilə qiyabi də olsa, yaxından tanış etmək istəyirəm.

Tiflis haqqında oxuduqlarım və eşitdiklərim məndə çoxdan bu şəhəri kəşf etmək istəyi yaratmışdı. Və bu istəyi həyata keçirmək şansı Novruz bayramında əlimə düşdü. 12 manata Bakı Beynəlxalq Avtovağzalının saytından (http://bbak.az/) onlayn bilet aldıq və Tiflisə yola düşdük. Təxminən 10-12 saatlıq yoldan sonra Tiflis avtovağzalına çatdıq. Qalacağımız hostel Rustaveli küçəsində yerləşirdi və biz də Tiflis avtovağzalına çatan kimi taksiyə minərək sürücüdən bizi bu ünvana aparmağını xahiş etdik. Rustaveli 36 ünvanında yerləşən Tiflis Loft Hostelində (https://www.facebook.com/LofthotelTbilisi/?fref=ts) qalacağımızı əvvəlcədən planlaşdırmışdıq. Ümumiyyətlə, Tiflisə getmək istəsəniz hostellərdə qalmağınız məsləhətlidir. Çünkü bu, həm cibinizə qənaətdir, həm də buradakı hostellərin komfortu heç də 2-3 ulduzlu otellərdən geri qalmır. Onsuz da buraya gəzməyə gəlmisinizsə və cəmi bir neçə günlük buradasınızsa, sizə ancaq yatmaq üçün yer lazım olacaq. Ona görə də əlavə pul xərcləməyə dəyməz. Məsələn, biz qaldığımız 4 gecə üçün 2 nəfərə cəmi 75 AZN ödəməli olduq. Bura həmçinin pulsuz internet, ümumi mətbəxdən istifadə – çay, kofe və ya spirtli içki də daxil idi.

Rustaveli küçəsi..

Qeyd edim ki, Rustaveli Tiflisin ən uzun və mərkəzi küçəsi sayılır. Küçə məşhur şair-yazıçı “Pələng dərisi geyinmiş cəngavər” əsərinin müəllifi Şota Rustavelinin şərəfinə adlandırılıb.

Küçənin uzunluğu 1, 5 kilometrdir. Şota Rustaveli adına Akademik Milli Teatr, Gürcüstan Elmlər Akademiyası, Opera və Balet Teatrı, Kashueti kilsəsi, Gənclik mərkəzi binası, Gürcüstan Parlamentinin binası, Azadlıq meydanı və s. kimi bir çox mədəniyyət və dövlət əhəmiyyətli binalar məhz bu küçədə yerləşir.

g

Opera və Balet Teatrı

Şota Rustaveli adına Akademik Milli Teatr

Şota Rustaveli adına Akademik Milli Teatr

Gənclik Mərkəzi

Gənclik Mərkəzi

Azadlıq Meydanı

Azadlıq Meydanı

Kashueti kilsəsi

Kashueti kilsəsi

Tiflisin mərkəzi küçəsində yerləşən bu tarixi mədəniyyət nümunələri şəhərin gözəlliyinə əlavə bir gözəllik qatır. Çoxları  bu abidələrin yanından keçərkən nə onun arxitektura və memarlıq üslubuna, nə də həmin ərazi-məkan kompleksinə verdiyi yaraşığa əhəmiyyət vermir. Halbuki bunlar çox mükəmməl sənət nümunələridir və böyük  zəhmət bahasına başa gəlib.

tif

Şəhər Kür çayının hər iki sahilində 350 km boyunca uzanmaqdadır. Rəvayətə görə, Çar Vaxtanq Qorqasal ov zamanı isti su qaynağını tapıb, sonradan isə bu yerdə Tiflis şəhəri salınıb. Ölkənin sənaye, mədəniyyət və sosial mərkəzi olan Tiflis lap qədimdə Böyük İpək yolunun, bu gün isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin üstündə yerləşir. Kür çayının şərq sahilində, köhnə şəhər mərkəzindəki Sololaki təpəsinin üzərində III əsrdə inşa edilən Nariqala qalasının qalıqları turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

09

98

Şəhərə girər-girməz eyni anda Kür çayını, çay kənarı sıra ilə düzülmüş otelləri, yaşayış binalarını, kilsələri və tarixi abidələri görmək mümkündür. Şəhərə daxil olarkən gördüyümüz ilk mənzərə Kür sahilindəki bu dağ olur.

fer

Onun üzərində gördüyünüz bina 12 əsrdən çox tarixə malik olan qədim Metexi  kilsəsidir. Şirvanşah  III Mənüçöhrün həyat yoldaşı Tamara (Gürcü çarı IV Davidin qızı) 1160-cı ildə döyüşə çıxmazdan əvvəl bu kilsədə dua edib. Deyilənə görə, Tamara ömrünün sonuna kimi Tanrıya ibadət edərək yaşayıb. Şəhərə qədəm qoyan və at üzərində hər kəsi salamlayan heykəl isə Gürcü çarı Vaxtanq Qorqasala (440-502) aiddir. Əsası 1961-ci ildə qoyulub.

Tiflis hər an sürprizlərlə dolu bir şəhərdir. Tiflis yeraltı keçidlər, parklar, musiqiçilərin məkanıdır. Bura ilk dəfə ayaq basan insan bir daha bu gözəlliyə qovuşmaq istəyir. Bəlkədə çoxları bu şəhəri sıradan bir şəhər kimi görür, amma şəhər sakinləri üçün buranın məxsusi gözəlliyi var. Şəhər başdan-başa  çilçıraqlarla bəzədilib. Məhz bu baxımdan gecə Tiflisin görüntüsü insana başqa bir ləzzət bəxş edir.

gef

Bu gün Tiflisdə VIII əsrdə inşa edilmiş Kale abidələri arasında nəhəng bir qadın heykəli vardır ki, bu da “Gürcülərin anası” kimi sevilən Kartlis Dedanın heykəlidir. Abidə xüsusilə onu gecə işıqlandırdıqda daha uzaq məsafədən çox möhtəşəm görünür. Sol əlində dostlar üçün bir tas şərab, sağ əlində döyüşə çağıran qılınc olan bu heykəl 1958-ci ildə şəhərin 1500 illiyi münasibəti ilə yenidən tikilib və Tiflisin simvoluna çevrilib.

yri

Kartlis Dedanın heykəlioiou Kartlis Dedanın heykəli

Kartlis Dedanın heykəli

Kartlis Dedanın heykəli

Müasir Tiflisin rəmzi Sülh körpüsü…

Piyadalar üçün  keçid kimi inşa edilən bu körpü Kür çayının üzərində salınıb. Körpü II İrakli küçəsi ilə “Rike” parkını birləşdirir. 2010-cu ildə açılışı olan və 156 metr uzunluğunda olan bu asma körpünün dizayneri fransalı Filipp Martinodur. Memarı isə italyalı Mikele Lukkidir.

9888

Tiflisin füsunkar ərazilərindən biri də heç şübhəsiz Dağüstü parkıdır. Şəhərin  ən hündür zirvəsində yerləşən bu gözəl parkı gürcülər “Mtaçminda” (Müqəddəs dağ) adlandırır. 1929-cu ildən istifadəyə verilən parkı Tiflisin istənilən küçəsindən, istənilən nöqtəsindən həmin dağı və ən əsası onun üzərindəki telequlləni (hündürlüyü 280 m) görmək mümkündür.

0897878

6767567

Dağüstü park sözün əsl mənasında hər kəsi valeh edir. Bəzi turistlər bura ikinci “Disneyland” da deyirlər. Çünki burada uşaqlarla yanaşı, böyüklərin də hər cür istirahəti üçün müxtəlif konstruksiyalı fəvvarələr, iaşə, sağlamlıq və mədəniyyət obyetkləri, karusellər və s.lər var. Yeni evlənən cütlüklər Tanrı hüzurunda and içib gələcək səadətlərini ilk dəfə burada paylaşır, parkın küçələri ilə gəzir, xatirə şəkilləri çəkdirir, səadət dünyasına ilk addımlarını  buradan başlayırlar…

Tiflisdə toy edən azərbaycanlı cütlük

Tiflisdə toy edən azərbaycanlı cütlük

“Sameba” (“Müqəddəs üçlük”) kilsəsi

Tiflisə gəlib dünyanın 3-cü ən böyük Ortodoks kilsəsi sayılan “Tbilisi Holy Trinity Cathedral”ı və ya qısa adı ilə “Sameba”nı  ziyarət etməmək sözün əsl mənasında günah olardı. 1995-ci ildə Gürcü xalqının oyanışının, əbədiliyinin və birliyinin simvolu olaraq tikintisinə başlanılan kilsə daha sonra müxtəlif ianələr hesabına yenidən restavrasiya edilib və bugünkü möhtəşəm görünüşünü əldə edib. 84 metr hündürlüyündə olan kilsədə 15 minə yaxın insan eyni anda ibadət edə bilər. Gürcülərin 95%-i ortodoks xristiyanı sayılır və dinlərinə çox bağlıdırlar. Elə kilsədə gördüyümüz mənzərə də bunu bir daha sübut etdi. Bura uşaqdan-böyüyə demək olar hər yaşdan insan ibadət etmək üçün gəlir. Kilsə ayaqla mərkəzdən təxminən 10 dəqiqəlik məsafədə yerləşir. Ancaq yolu çox yoxuşlu olduğuna görə bir xeyli əziyyət çəkməli olacaqsınız.

ky

046

hy

Botanika bağı

Tiflisin ən görməli yerlərindən biri də heç şübhəsiz botanika bağıdır. Tiflisə sırf buranı görmək üçün yaz aylarında gəlsəniz elə kifayətdir. Bağ Tiflisin tarixi mərkəzində, Sololaki silsiləsindən cənubda yerləşir. 1845-ci ilə qədər bura Çar bağları olaraq adlandırılıb. 1896-1904-cü illərdə bağın ərazisi qərbə tərəf genişləndirilib, XX əsrin ortalarında isə bağın ərazisinə köhnə müsəlman qəbiristanlığı da əlavə olunub. Ümumi sahəsi 128 hektardan çox olan Botanika bağında nadir və nəsli kəsilməkdə olan bitki növləri yetişdirilir. Bağın ən mənzərəli və turistləri ən çox cəlb edən yerlərindən biri də 42 metrlik şəlaləsidir.

35153131

35135132

Mənim üçün isə bura dahi mütəfəkkirlər M.F.Axundovun, M.Şəfi Vazehin və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan F.X.Xoyskinin, H.Ağayevin məzarlarını ziyarət etməyim baxımından daha çox anlamlı idi. Səyahətimizin ilk günü bura gəlməyi planlaşdırsaq da çox yorğun olduğumuzdan təxirə salmalı olduq. Sonuncu günü isə bütünlüklə burda gəzməyə həsr etdik. Bağa giriş adam başına 3 laridir. Bağ çox böyük olduğundan ziyarət etməli olduğumuz məzarları tapmaqda bir xeyli çətinlik çəkdik. Bəxtimizdən qarşımıza bir topoqraf çıxdı və bizə bələdçilik edərək bizi Azərbaycanın görkəmli tarixi şəxslərinin dəfn olunduğu yerə gətirdi.

12

16

13293160_1067834283253812_289084260_n

Gürcü mətbəxi

Tiflis həm yerli, həm də Qərb mətbəxinin ləziz təamları ilə dillərdə məşhurdur. Gürcü mətbəxi iki hissəyə bölünür – Qərb və Şərq. Qərbi Gürcüstan şərqə nisbətən kiçik əraziyə malikdir, lakin olduqca zəngin  təbiətə və tarixi abidələrə sahibdir. Şərq hissəsinə mərkəzi də daxil edirlər. Şərqi Gürcüstan mətbəxi qərbi Gürcüstan mətbəxindən fərqlənir. Qərbi Gürcüstan mətbəxinin inkişafına Türk mətbəxi təsir göstərsə də, şərqi Gürcüstan mətbəxinə İran mətbəxinin öz təsiri olub. Gürcü mətbəxi məhz bu  fərqliliyini 21-ci əsrdə də qoruyub saxlayıb. Gürcü mətbəxi acılı və istiotlu olması ilə də seçilir. Gəzinti və səyahətlər zamanı istər yerli, istərsə də xarici turistlərin iştəha ilə yedikləri xaçapuri, eləcə də xingal gürcü mətbəxinə böyük maraq yaradır. İstənilən azərbaycanlı gürcü mətbəxi deyərkən ilk olaraq gürcü xəngəlini xatırlayır. Onu həm suda qaynadaraq bişirirlər, həm də yağda qızardaraq.

786yu

Gürcüstan deyərkən ağıla ilk gələn şeylərdən biri də təbii ki, onun “Barjomi”, “Nabeqlavi” mineral sularıdır. İnsan dünyaca məşhur olan bu sulardan, şərablardan daddıqca bu qədim tarixi və mədəniyyət ocağı olan Tiflisi elə gəzdikcə gəzmək istəyir.

Gürcülər qonaqpərvər, gülərüz, yeyib-içən, gecələr səslərinin imkanı daxilində yüksəkdən mahnı oxuyan bir xalqdır. Kimi saksafonda gözəl musiqi ifa edir, kimisi də gitarada öz gözəl səsi ilə dinləyiciləri feyzyab edir. Bütün bu gözəlliklərlə yanaşı isə Tiflisin bir mənfi cəhətini də qeyd etmək istərdim. Şəhərdə gəzişərkən tez-tez qarşınıza Azərbaycandan və digər yerlərdən dilənçilərin çıxması çox adi bir haldır. Demək olar ki, şəhərin hər bir küçəsində sizdən pul istəyən qaraçılarla qarşılaşa bilərsiz.

76767

Tiflis sakitliyi sevən, Qafqaz mədəniyyətinin müxtəlifliyini görmək istəyən insanlar üçün təhlükədən uzaq azad bir şəhərdir. Bu yazıda tam da olmasa Tiflisdə əyani müşahidə etdiklərim haqqında sizləri də bilgiləndirməyə çalışdım. Çalışın siz də bir neçə gününüzü ayıraraq bu tarixi şəhəri özünüz üçün kəşf edin.

OXŞAR XƏBƏRLƏR