Şəkidə "Marxal" adlı böyük turizm kompleksi tikilir- 7 mərtəbəli hotel, 20 kotec olacaq

Kompleksin 2015-2016-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulur
Xəbərlər 31 May 2014 00:00 9425
Şəkidə "Marxal" adlı böyük turizm kompleksi tikilir- 7 mərtəbəli hotel, 20 kotec olacaq

Şəkinin şimal dağlıq hissəsində yerləşən Marxal istirahət zonası təmirlə əlaqədar olaraq qonaqların üzünə bağlanıb. Seyyah.az Tezxeber.az-a istinadən məlumat verir ki, burada yeddimərtəbəli hotel, 20 kotec, açıq havada teatr, SPA mərkəzi, ticarət və əyləncə mərkəzi, hovuz, bouling zalı və restoran tikilir.


Tikinti məqsədilə müəyyən yerlərdə sıradan çıxarılmış yaşıllıqların bərpası məqsədi ilə yol və səkilərin kənarlarında, istirahət guşələrində yerli iqlim şəraitinə uyğun ağacların, kolların və güllərin əkilməsi nəzərdə tutulub.

Tikinti işlərinə 2012-ci ilin fevral ayından başlanılıb və 2015-2016-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulur.

2012-ci ilə qədər Marxal ərazisinə giriş ödənişsiz olub. İstirahət mərkəzinin rəhbərliyi bu barədə bildirməsə də, Şəki sakinlərinin dediyinə görə, əraziyə girişin təmirdən sonra ödənişli olması gözlənilir.

Xatırladaq ki, Şəkinin Marxal adlanan ərazisi ötən əsrin ortalarında zəhmətkeşlər üçün istirahət zonası kimi istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR