Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu

Xəbərlər 24 Iyul 2017 21:50 631
Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu

Ağstafa sakinləri Xəzər dənizində boğulub. Seyyah.az  APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında  Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər  ailəsi  axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan  çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon  Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

OXŞAR XƏBƏRLƏR