Baliyə aparan yol: dünya turuna çıxan azərbaycanlının qeydləri

Xəbərlər 24 Iyul 2017 21:54 912
Baliyə aparan yol: dünya turuna çıxan azərbaycanlının qeydləri

Seyyah.az dünya səyahətinə çıxan azərbaycanlı velosipedçi Tural Abbasovun Baliyə gedən yolunu təqdim edir:

Yava üzrə böyük gəzintini iki mərhələyə böldüm : Bandunq-Coqcakarta və Coqcakarta-Banyuvanqi. Malayziyada olduğu kimi, «yemək, yatmaq, pedallamaq» rejimində sürməyi, gündə ən azı 80 km qət etməyi və Coqcakartada uzun fasilə etməyi qərara aldım. Beləliklə, avqustun 5-də «Bali» velo-əməliyyatı başladı.

Bandunq da Cakarta kimi yatmır. Qaldığım Camika rayonunda gecə və səhər bazarı vardı. Artıq səhər tezdən qida məhsulları ilə dolu arabalar və motolar ora-bura var-gəl edirdilər. Yol ayırıcıları isə vulkandakı lava kimi qaynayırdı. Dejavü, istəyirsən saat 5-də oyan, istəyirsən 6-da, şəhərdən çıxış unudulmaz, adrenalin dolu xoş anlar bağışlayacaq.

Tural Abbasov

Velorikşalardan həyat dərsi. Sənə nə qədər çətin olsa da, bu zavallılar üçün ikiqat çətin olduğunu başa düşürsən.

Səbr, səbr və yenə də sayıqlıq. Onda sağ qalacaqsan. Bəlkə  </div> </div> <!--<div class=

-->
OXŞAR XƏBƏRLƏR