İtmiş 5 möhtəşəm şəhər

Xəbərlər 24 Iyul 2017 22:04 1374
İtmiş 5 möhtəşəm şəhər

Modern görüntüdən uzaq, cəlbedici, bir az da mistik atmosferə malik olan bu şəhərləri turistlər tez-tez ziyarət edirlər.

Uzun illər ticarət, din, siyasət arenasında söz sahibi olan bu məkanlar yaşanan müharibələr, dağıntılar nəticəsində taleyinə tərk edilib.

Yenidən kəşf edildikdən sonra, əvvəlki görünüşünü qorunmağa çalışılan tikililərə hər il milyonlarla səyahətsevər baş çəkir.

 

Gəzdiyi yerlərdə tarixi məkanlara üstünlük verənlər üçün dünyada görülməsi gərəkən 5 itmiş şəhərlə tanış olun.

  1. Palmira, Suriya

1980-ci ildə UNESCO-nun Dünya Mirası siyahısına daxil edilən şəhər antik dövrün ən önəmli din və ticarət mərkəzlərindən biridir. Şamın 215 kilomert Şimal-Şərqində yerləşir. Palmirin əsasının eramızdan əvvəl, 19-cu yüzillikdə qoyulduğu deyilir. Lakin Roma və Yunan qaynaqları şəhərin quruluş tarixinin 1-ci yüzilliyə aid olduğunu bildirir. Daxilindəki antik teatrın görkəmli mənzərə yaradan sütunları ilə Suriyanın ən dəyərli bölgəsi hesab edilir. İŞİD tərəfindən zərər görən şəhərin son halı heç də içaçıcı deyil.

2. Nəbatilərin İtgin Şəhəri, Petra

Qaya içərisinə daşla oyulmuş dünyanın ən görkəmli yerlərindən olan Petranın mənası “daş” deməkdir.  Günəş işığının yansıması ilə çəhrayı, qırmızı, sarı, narıncı rənglərə bürünür. İsveçrəli kaşif Ludvin Burckhardt tərəfindən yenidən tapılan şəhər UNESCO-nun Dünya Mirasları siyahısındadır. Nəbati Krallığının paytaxtı olan Petra daha öncə yalnızca ərəblərin bildiyi bir məkan olub.

3. Mempis, Misir

Əski və yeni krallıq dövrlərində Misirin paytaxtı olub. Eramızdan əvvəl 2000-3000-ci illər arasında Kral Memfis ətrafdakı bataqlıqları qurudaraq şəhərin əsasını qoyub. Qahirənin Cənubundakı Mit Rahina çevrəsində Mempisə aid qalıqlar var. Əski Misir dönəmində “İneb Hedj” adı ilə də anılan şəhərin o dövrə aid tarixi əsərlərinin çox az qismi bu günümüzə qədər gəlib çatıb. Həmin əsərlər arasında xüsusilə II. Ramzesə aid heykəl çox məşhurdur.

4. Angkor Vat, Kamboca

Sənayeləşmə dövrü öncəsi qurulan ən böyük şəhərdir. Aparılan araşdırmalara görə, Angro Vat 800 kvadratmetrlik genişliyə sahibdir. Dünyanın ən böyük dini məbədi də burada yerləşir. 1177-ci ildə dağıdılan bu itgin şəhərin qalıqlarını UNESCO qoruma altına alıb. İçərisində mindən çox məbəd inşa edilən Angro Vatı hər il iki milyona yaxın turist ziyarət edir.

 

 

5. Maçu Picçu, Peru

1450- ci ldə inşa edildib. 200-dən çox pillə sistemiylə bir-birinə bağlanan daşdan ibarət antik bir şəhərdir. Bura İspaniyanın fəthi sonrası insanlar tərəfindən tərk edilib. Ətrafını basan bitki örtüyü və nəhəng ağaclar sayəsində zamanla Maçu Picçunun varlığı unudulub. 1911-ci ildə Yale Universitetinin akademiki Hiram Bingham tərəfindən yenidən kəşf edilib. Bu itkin şəhər dünyanın yeddi möcüzəsindən biri hesab edilir.

Mənbə: seyahetchi.com

OXŞAR XƏBƏRLƏR