Kanadaya turist kimi necə və neçəyə getmək olar? – QİYMƏTLƏR

Xəbərlər 24 Iyul 2017 22:20 1626
Kanadaya turist kimi necə və neçəyə getmək olar? – QİYMƏTLƏR

Kanada həmişə insanların maraq dairəsində olan ölkələrdəndir. Ələxsus da səyahət sevərlərin ən çox baş çəkdiyi məkandır. Zəngin təbiəti, sıx meşəliklərlə yanaşı bu ölkədə böyük meqapolislər də var. Elə bu səbəbdəndir ki, ölkəyə turistlərin marağı durmadan artır.

Məlumat üçün bildirək ki, açıqlanan son statistikaya görə, bu ölkədə 175 min azərbaycanlı yaşayır. Turistlərin bu ölkədə ən çox səfər etdikləri yerlərdən biri də Niaqara şəlaləsidir. Bundan başqa Ottava, Kvebek və Monreal şəhərləri də turistlər tərəfindən böyük maraqla qarşılanır. Odur ki, bunu nəzərə alaraq Turizm.fins.az Azərbaycandan Kanadaya turist səfərlərinin qiymətlərini öyrənib.

Ottava

Əvvəla onu deyək ki, heç də bütün turizm şirkətləri Kanadaya turpaket təqdim edə bilmirlər. Bunu turizm şirkətlərinə göndərdiyimiz sorğudan aydınlaşdırdıq. Belə ki, sorğu göndərdiyimiz 15 turizm şirkətindən yalnız bir neçəsi sualımızı cavablandıra bildi. Sorğumuza cavab verən şirkətlərdən biri də Turda.Az oldu. Belə ki, 23-29 avqustda Kanadanın paytaxtı Ottavaya iki nəfərlik səfərin qiyməti 2 590 dollardır (4 406 manat).

Qiymətə aviabiletlər, 3 ulduzlu “Best Westernvplus Mont Laurier” hotelində yerləşmə, səhər yeməyi, səfər sığortası daxildir.

Toronto

Rail travel də Kanadaya tur təşkil edən şirkətlərdən biridir. Belə ki, şirkətin Toronto şəhərinə təşkil etdiyi iki nəfərlik turun qiyməti 3 462 dollardır (5 899 manat). Bu qiymətə aviabiletlər və iki nəfərin 3 ulduz Novotel Toronto Mississauge Centre-də qonaqlaması daxildir.

Ottava

Həmçinin Ritm travel-in də xidmətlərindən istifadə etməklə Kanadaya səfər etmək mümkündür. Bu zaman bir nəfər üçün aviabiletə 1 087 dollar (1 850 manat ) ödəmək lazımdır. Hoteldə qonaqlamaq isə 2 nəfər üçün 872 dollardır (1 483 manat). Bu qiymətə səhər yeməyi də daxildir. Hotel isə “Econo Lodge Donwtonw”dur. Bundan başqa 850 dollara (1 446 manat) “Capital Hill Hotel”-də 2 nəfər qonaqlaya bilərlər. Həmçinin, 1 209 dollara (2 056 manat) “Residence İnn Ottava Downtown”da qalmaq olar.

Fly.az şirkəti də Kanadaya tur haqqında sorğumuza cavab verən şirkətlərndən oldu. Şirkətin təşkil etdiyi tur bir nəfər üçün 2 900 manat, iki nəfər üçün isə 5 800 manatdır. Sadalanan məbləğə “Hotel Holiday in Express”-də qonaqlamaq olar. Bu qiymətə aviabiletlər, səyahət sığortası daxildir.

Məlumat üçün bildirək ki, Kanadaya viza rüsumu 160 dollardır (272 manat). Əgər viza alanda anketləri doldurmaq üçün xidmətdən istifadə etsəz, həmin xidmət üçün 100 dollar əlavə ödəniş etməlisiz. Həmçinin, Kanadaya səfər etmək üçün həmin şəxsin adında mülk olması daha yaxşıdır. Bundan başqa səfər edənin bank hesabında 7-8 min dollar (12-14 min manat) olmalıdır.

OXŞAR XƏBƏRLƏR