Gəncədə dağ evləri -Hacıkənd, Xoşbulaq, Toğana, Çaykənd – QİYMƏTLƏR

Xəbərlər 24 Iyul 2017 22:24 6005
Gəncədə dağ evləri -Hacıkənd, Xoşbulaq, Toğana, Çaykənd – QİYMƏTLƏR

Yay mövsümündə insanların ən çox üz tutduğu yerlərdən biri də bölgələrdə yerləşən kənd evləridir. Seyyah.az-ın məlumatına görə, fins.az-ın apardığı araşdırmalardan bəlli olub ki, vətəndaşların istirahət ən çox üz tutduğu yerlərdən biri də Gəncədir. Belə ki, kənd evlərinə üstünlük verənlər, Toğanaq, Hacıkənd, Xaşbulaq və Göygöl rayonun ərazisinə üstünlük verirlər.

Hacıkənd

Burada 25 evin olduğu bildirildi. Evlər həm bir həm də iki mərtəbəlidir. Evlər əsasən iki otaq və bir aynabənddən ibarətdir. Evin qiyməti gündəlik 50 manatdır. Qeyd edək ki, əksər bölgələrdə otaqlar icarəyə verildiyi halda Hacıkənddə evlər bütövlükdə qonaqlara verilir. Həmçinin burada evləri aylıqda icarələmək olar. Bu zaman 700-800 manat ödənməlidir.

Xaşbulaq

Xaşbulaqda evlərin mövsümlük kirayəsi 2-3 min manatdır. Yəni 3 ay yay mövsümü üçün bu qədər pul ödəmək lazım gələcək.

Göygöl rayonu

Göygöl rayonunda da kifayət qədər kənd evləri var. Burada evlərin qiyməti bir qədər ucuzdur. Belə ki,gündəlik ev kirayələmək yerindən və şəraitindən aılı olaraq 20-30 manat arasında dəyişir. Evlərin aylıq icarə qiymətləri isə 170-500 manat arasında dəyişir.

Toğana – Zod

Toğana və Zod 1 və 2-də də kənd evləri var. Zodda evlərin aylıq icarəsi 400-500 manatdan başlayır. Toğanada evlərin 3 aylıq icarə qiymətləri isə 500-1000 manat arasında dəyişir. Həmçinin Çaykənddə də icarəlik kənd evləri var. Burada evlərin gündəliyi 50-80 manat arasında dəyişir.

Qeyd edək ki, adları sadalanan bu böldələrdə evlər bütövlükdə təqdim olunur qonaqlara yəni ev sahibi həmin evdə yaşamır.

OXŞAR XƏBƏRLƏR