Xaricilər ölkəmizdə ən çox bu yerlərə gedirlər

Xəbərlər 24 Iyul 2017 22:30 609
Xaricilər ölkəmizdə ən çox bu yerlərə gedirlər

Son illər ölkəmizə gələn əcnəbilərin sayında nəzərə çarpacaq dərəcədə artım var. Ölkəmizə nəinki körfəz ölkələri, həmçinin Avropa ölkələrindən də çox sayda turistlər gəlir. Bəs görəsən əcnəbi turitslər ölkəmizdə ən çox harada istirahət etməyə üstünlük verirlər?

Məsələ ilə bağlı Turizm.fins.az -a açıqlama verən Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırov turistlərin ilk növbədə üstünlük verdikləri yerin paytaxt Bakı olduğunu bildirdi. Onun sözlərinə görə, əgər sıralama ilə ayırd etsək o zaman ikinci ən çox turistlər tərəfindən ziyarət edilən bölgənin Qəbələ olduğunu görərik.

Assosasiya rəhbərinin sözlərinə görə, fəxri kürsünün üçlüyünü isə Quba-Qusar tamamlayır. N.Bağırov bildirib ki, adları çəkilən bölgələrdə artıq avqustun sonlarına kimi bütün nömrələr bron edilib. Həmçinin onu qeyd edib ki, ötən illərdən fərqli olaraq bu il ölkəmizə gələn ərəblər artıq nəinki 5 ulduzlu, həmçinin 3-4 ulduzlu hotellərdə də qonaq olmağa başlayıblar. Bundan başqa hostellərdə də yetərincə doluluğun olduğu sezilməkdədir- deyə Assosasiya rəhbəri bildirib.

OXŞAR XƏBƏRLƏR