Bakıda "Avropa şəhərciyi" açılıb

Xəbərlər 31 May 2014 00:00 1830
Bakıda "Avropa şəhərciyi" açılıb

Mayın 31-də İçərişəhərdə - Qoşa qala qapısı meydanında "Avropa şəhərciyi" (Eurovillage-2014) açılıb. Seyyah.az xəbər verir ki, tədbir Avropa İttifaqı və bu quruma üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçirilir. 

Birgünlük tədbirdə Avropa İttifaqına üzv olan bir sıra ölkələrin çadırları qurulub. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı şəkildə məlumat ala bilirlər.

Bundan əlavə, tədbirdə qonaqlar üçün geniş mövzulu viktorinaların, xor kollektivləri və müxtəlif janrlarda ifaçıların çıxışlarının və furşetlər təşkil edilib. 

Tədbirin sonunda isə Niderland, Xorvatiya, Estoniyadan olan musiqiçilərin konserti təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR