"Qəbələ və Qubada bütün hotellərdə yerlər tam dolub"

Xəbərlər 25 Iyul 2017 13:42 708
"Qəbələ və Qubada bütün hotellərdə yerlər tam dolub"

Bu gün Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur.

 

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

 

Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.

 

Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır.

 

N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb:

 

“Məsələn, bu gün Qəbələdə, Qubada demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk”.

 

N.Bağırov qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır.

 

©Trend

OXŞAR XƏBƏRLƏR