QAX-İLİSU - İstirahət neçəyədir?

Xəbərlər 26 Iyul 2017 23:24 2565
QAX-İLİSU - İstirahət neçəyədir?

Azərbaycanda 500-dən çox hotel var. Bu otellər paytaxt Bakıda olmaqla yanaşı həmçinin bölgələrdə də yerli və əcnəbi turistlərə xidmət göstərir. Son illər ölkəmizdə turizmin inkişafı bölgələrdə də fərqli istiqamətlərdə yeni istirahət mərkəzlərinin fəaliyyətə başlamasına səbəb olub. Belə yerlərdən biri də Qax-İlisudur, burada 5  ulduza malik otellərdə var. Bu dəfə ki, səyahətimiz 4 ulduzlu Eden Park Hoteldir.  

Dağların qoynunda yerləşən bu möcüzəvi otel 3 mərtəbəli tikilidən və 8 kottecdən ibarətdir. Oteldə qonaq olan turistlər günün qizmar saatlarında sərin hovuzda dincəlmək fürsəti əldə edəcəklər. Otelin rəhbərliyi kiçik balaları da nəzərə alaraq xüsusi uşaq əyləncə yerləri yaradıb, əsasəndə hər bir istrahət edənin marağına səbəb olacaq heyvanxana fəaliyyət göstərir. Münasib qiymətlər hər bir turistə bu otelin xidmətlərindən yararlanmağa imkan verəcək.

Belə ki, nömrələrdə qonaqlamaq istəyənlər standart və lüks nömrələr təklif edilir.

Standart nömrənin qiyməti 30 manatdan başlayır. Bu məbləğə səhər yeməyidə daxildir.

Lüks nömrənin qiyməti iki nəfərlik 100 manat təşkil edir. Bu məbləğədə səhər yeməyidə daxildir.

Eden Park Hotelin üstünlüklərindəndə biri əlavə olaraq 6 və 4 nəfərlik kotteclərin olmasıdır. Kotteclərdə qonaqlamaq günlük adambaşı səhər yeməyi daxil 30 manatdır.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR