Bu hoteldə istirahət neçəyədir? – QİYMƏTLƏR

Xəbərlər 26 Iyul 2017 17:15 785
Bu hoteldə istirahət neçəyədir? – QİYMƏTLƏR

İnsanların mövsümlə əlaqədər olaraq məzuniyyətə çıxması istirahət etmək üçün fərqli məkanlar axtarışına vadar edir. Seyyah.az xeber verir ki, turizm.fins.az silsiləvi olaraq istirahət mərkəzlərində qiymətləri, turları təqdim edir.

Bu dəfə Turda.Az şirkəti müştərilərinə 1 günlük Buzovna turunu təqdim edir. Səfər zamanı iştirakçılar Buzovnada “Delmar hotel”də qonaqlayacaqlar.

Tura qoşulmaq istəyənlər 1 nəfər üçün 45 manat ödəməli olacaqlar. Bu zaman müştəri 4 nəfərlik otaqda qonaqlayacaq. Həmçinin, 70 manat ödəməklə iki nəfərlik otaqda da qalmaq olar.

Qeyd edək ki, turistlər ən azından iki günlük sifariş etməlidirlər. Göstərilən qiymətə hoteldə qonaqlama, gün ərzində 3 dəfə qidalanma, çimərlik stol stulu, jezlonq, uşaq hovuzu, balıq tutmaq üçün gölə giriş və hotelin dəniz kənarı parkında gəzinti daxildir.

Qonaqlar günün istənilən vaxtı hotelə gedə bilərlər. Bunun üçün şirkətdən tur paket götürmək kifayətdir.

Məlumat üçün bildirək ki, otaqlarda minumum bir otaqda iki nəfərin yerləşməsi ilə qeyd olunub. 0-5 yaş arası uşaqların iştirakı pulsuzdur. 5-11 yaş uşaqlar üçün isə 50% ödəniş edilməlidir

OXŞAR XƏBƏRLƏR