ABŞ-ın Ohayo ştatında parkda faciə baş verib.
Seyyah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “NBC4i” telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, insident yarmakanın açılış günü qeydə alınıb. Attraksionun qırılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.