Bəs Batumiyə necə gedək? - VARİANTLAR VƏ QİYMƏTLƏR

Xəbərlər 27 Iyul 2017 14:19 6373
Bəs Batumiyə necə gedək? - VARİANTLAR VƏ QİYMƏTLƏR

Bakıdan Tiflisə getmək haqqında öncəki bloqumda yazmışdım. Bu dəfə isə Tiflisdən Batumiyə getmək haqqında məlumat verəcəm. Beləlikə, bir neçə yolla getmək olar. Onlar aşağıdakılardır.

AVTOBUS

Batumiyə Tiflisin Didube, Ortacala avtovağzalladından və dəmir yolu vağzalının qarşısından avtobuslar gedir.

Ortachaladan Türkiyənin Metro şirkətinin avtobusları gedir. Biletin qiyməti 30 GEL-dir. Təxmini 22 AZN. Yolçuluq təxmini 6 saat yarım çəkir. Biletləri onlayn olaraq http://geometro.ge saytından ala bilərsiniz. Avtobuslarda individual monitor və wi-fi olur.

Dəmir yolu vağzalının qarşısından EuroBus şirkətinin avtobusu çıxır. Qiymət 35-45 GEL arasıdır. Təxmini 25-32 AZN. Bu avtobuslarda da wi-fi və monitor olur. http://eurobus.ge/ saytında bileti onlayn sifariş edə bilərsiniz.

Didube metrostansiyasının çıxışında yerləşən avtovağzaldan isə hər yarım saatdan bir Batumiyə mikroavtobuslar çıxır. Qiyməti 15-20 lari arasında dəyişir. Bu avtobuslar bir qədər narahat olur, amma qiyməti digərlərinə baxanda daha ucuzdur.

QATAR

Batumiyə qatarla getmək ən gözəl variantdır. Çünki rahatdır, təhlükəsizdir və 1 saat avtobusdan daha tez çatır. Qatarlar arasında bildiyimiz  müasirləşdirilmiş “elektrickalar” və “Stadler” markalı ikimərtəbəli vaqonlar da var. Qiyməti 25-61 GEL (18-43 AZN) arası dəyişir. Biletləri http://tickets.railway.ge/ saytından ala bilərsiniz.

TƏYYARƏ

Təyyarə ilə Tiflisdən Batumiyə Georgian Airways uçur. Bir tərəfə qiymət 60 avrodan başlayır. Uçuş müddəti 45 dəqiqədir. Biletləri https://www.georgian-airways.com/ saytından ala bilərsiniz.

BAKIDAN

Bakıdan Batumiyə birbaşa avtobus 40 AZN-dir. 

ELƏCƏ DƏ BAX: Bakı-Tiflis. Ən ucuz necə gedim? 

Mənbə: azikiss.me

OXŞAR XƏBƏRLƏR