Naftalan nəinki yerli həmçinin əcnəbi turistlər arasında daim maraq dairəsində olan istirahət yerlərindən biridir. Naftalan istirahət və müalicə mərkəzindən Seyyah.az-a verilən məlumata görə bura qonaqlar əsasən Rusiya Qazağıstan Tacikistan və digər MDB ölkələrindən gəlirlər. Adı çəkilən istirahət mərkəzində 5 korpusdan ibarət 3 mərtəbəli tikililər var. Hər korpusun ikinci mərtəbəsində digər korpusa keçmək üçün keçid var. Bu keçidlər qışda insanların soyuq havaya çıxmadan digər korpusa keçə bilməsi üçün yaradılıb. Otaq qiymətlərinə gəlincə bu rəqəmlər 35 – 60 manat arasında dəyişir.
Qiymətlər
1 nəfərlik otaqlar - 36-40-50-60 manat
2 nəfərlik otaqlar – 35-40-50 manat
Qeyd edək ki, yuxarıda sadalanan qiymətlərə sanatoriyada qonaqlama, gün ərzində 3 dəfə qidalanma, neft vannaları, analizlər, kardioqramma, fizioterapiya və müalicə daxildir.
Müalicə edilən xəstəliklər
Naftalan müalicə mərkəzlərində əsasən sümük və oynaq ağrıları, revmatizm, dəri problemləri kimi xəstəliklər müalicə olunur. Lakin həkimlər ürək xəstəlikləri və trompu olanlara neft vannalarından istifadə etməyi məsləhət görmür. Ümumilikdə müalicə kursu müddətinin 13 gün edilməsi məqsədə uyğun hesab olunur.
Mənbə: fins.az