Gürcüstanda beynəlxalq caz festivalı başlayır

Xəbərlər 27 Iyul 2017 14:31 472
Gürcüstanda beynəlxalq caz festivalı başlayır

Bu gün Gürcüstanın Batumi şəhərində beynəlxalq “Qara dəniz caz festivalı”nın (“Black Sea Jazz Festival”) açılışı olacaq.

Seyyah.az xəbər verir ki, hər il keçirilən musiqi festivalı iyulun 30-dək davam edəcək.

Tədbirdə dünyanın tanınmış caz ifaçıları, o cümlədən Britaniyanın “Jamiroquai” musiqi qrupu, ABŞ-ın “De La Soul” triosu və başqaları çıxş edəcəklər.

Festival Gürcüstan hökumətinin layihəsidir. Onun təşkilatçıları “TVS Bank” və “Eastern Proomotions” şirkətidir.

Mənbə: report

OXŞAR XƏBƏRLƏR