Azərbaycanda hər 100 min nəfərin 400-dən çoxu bədxassəli şişlərdən əziyyət çəkir. Bu göstərici hələ ötən il dövlət statistika komitəsi tərəfindən açıqlanıb. Ümumillikdə, ötən il 10,2 min nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib ki, bu da əhalinin hər 100 000 nəfərinə 107 xəstə edir. Qeyd edək ki, bədxassəli şiş xəstəliyindən əziyyət çəkənlər arasında xarici ölkələrə üz tutanlar da var. Bunu nəzərə alaraq Turizm.fins.az İsraildə bədxassəli şişin müayinə və müalicə qiymətlərini öyrənib. Seyyah.az Turizm.fins.az-a istinadən xəbər verir ki, Medical travel şirkətinin nümayəndəsi Cahangir Şirinli onlara bu tip xəstəliklərin xaricdə müalicəsi ilə bağlı müraciətlərin olduğunu bildirdi. Qiymətlərə gəlincə isə C.Şirinli əməliyyatların qiymətlərinin 6 – 40 min arasında dəyişdiyini qeyd edib.
Seyyah.az Medical travelə istinadən İsraildə bədxassali şiş və digər xəstəliklərindən müayinə və müalicə qiymətlərini təqdim edir.
Həkim konsultasiyası 250-1000 dollar
Biopsiya - 1500 - 3000 dollar
MRT 1500 dollar
KT - 150-350 dollar
Mədə bədxassəli şişi əməliyyatı - 25000-40000 dollar
Bağırsağ bədxassəli şişi əməliyyatı - 20000- 35000 dollar
Radikal histerektomiya - 15000 -20000 dollar
Kimya terapiya kursu - 1000 - 19000 dollar
Bel disk yırtığı əməliyyatı - 25000-35000 dollar
Aorta koronar şuntlama - 30000 dollar
Diz/bud protezi əməliyyatı - 23000 dollar
Katarakta əməliyyatı -6000 dollardan yuxarı
Qlaukoma əməliyyatı 6000 dollarda yuxarı