Həftəsonu yaxınlaşır bu isə o deməkdri ki insanlar iş yorğunluğundan və isti havadan xilas ola biləcək. Bəs bu xilas yolu haradadır. Seyyah.az xəbər verir ki, bu suala cavab tapmaq üçün Turizm.fins.az oxuculara həftəsonunu paytaxtdan kənarda fərqli yerlərdə necə keçirə biləcəyini öyrənib.
Həftəsonu bir çox yerli turizm şirkətləri bir günlük və iki günlük bölgələrə turlar təşkil edir. Belə şirkətlərdən biri də Turda.Az turizm şirkətidir. Adı çəkilən şirkət ölkə daxili bir neçə istiqamətə turlar təşkil edir. Bunlar aşağıdakılardı.
Bir günlük turlar
Quba turu - 20 manat
Qəbələ turu - 21 manat
İsmayıllı - Lahıc turu - 22 manat
Şəki - Qəbələ turu - 23 manat
Quba - Qusar Laza turu - 23 manat
Masallı - Yardımlı turu - 23 manat
Oğuz -Qebele turu – 23 manat
Yuxarıda sadalanan turlara nəqliyyat, çay süfrəsi, səhər yeməyi, ekskursiyalar və fotosessiya daxildir. Bir günlük tura istəyinizdən asılı olaraq şənbə və ya bazar günü qoşula bilərsiz. Turlara qoşulmaq istəyənlər 012 409 45 05 ; 050 409 05 45; 051 409 05 45 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Digər bir günlük tur təşkil edən şirkətlərdən biri də Way travel turizm şirkətidir. Şirkətin təşkil etdiyi turlar göstərilən tarixlərdə bu istiqamətlərə olacaq.
30 iyul,6,13,20,27avqust- Quba turu - 20 manat
30 iyul,6,13,20,27 avqust - Qəbələ Turu - 23 manat
30 iyul-,6,13,20,27 avqust İsmayıllı - Lahıc turu - 23 manat
30 iyul,6,13,20,27 avqust - Quba - Qusar Laza turu - 25 manat
30 iyul,6,13,20,27 avqust- Şəki - Qəbələ turu - 25 manat
30 iyul,6,13,20,27 avqust- Masalli -Yardimli turu - 25 manat
Bundan başqa turizm şirkətləri iki günlük şənbə və bazar gününü əhatə edəcək turlar da təşkil edirlər. Bu cür turlar zamanı səyahət sevərlər oteldə gecələyirlər. Turlarla maraqlananlar 012 511 10 19; 055 888 11 18; 050 585 68 66 nömrələri ilə əlaqə saxlaya bilərlər.
İki günlük turlar
Balakənə tur Way taravel tərəfindən təşkil olunacaq. Səfər 29-30 iyulu əhatə edəcək. Tura nəqliyyat tur rəhbər xidməti 1 gecə Balakən Qubek oteldə gecələmə 2 səhər 1 günortü 1 axşam yeməyi daxildir. Bundan başqa tura Gürcüstanın Kaxetiya bölgəsinə ( Lopota, Kvareli, İlya gölləri , Qremi kilsəsi, Siqnaxi şəhəri) səfərlər daxildir. Tura toplanış iyulun 28 saat 23:00-da Elmlər Akademiyası metro stansiyasının qarşısında olacaq. Turun qiyməti 109 manatdır. Turla maraqlananlar 012 511 10 19; 055 888 11 18; 050 585 68 66 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Cənub bölgəsinə turu Turda.Az turizm şirkəti təşkil edir. Səfər 29 iyulda başlayacaq. Turun müddəti 1 gecə 2 gündür. Tura nəqliyyat Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində qonaqlama Qidalanma (2Səhər yeməyi,1Nahar yeməyi,1Şam yeməyi) fotosessiya bələdçi xidməti atla gəzinti daxildir. Turun qiyməti 68 manatdır. Tura qoşulmaq istəyənlər 012 409 45 05 ; 050 409 05 45; 051 409 05 45 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Turizm.fins.az həftəsonunu uzaq səfərə çıxmaq istəməyənlər üçün paytaxda başçəkə biləc yerləri təqdim edir.
Zone Bar &Grill suşi həvəskarları üçün şənbə günü limitsiz suşi təklif edir. Bunun üçün yapon mətbəxi həvəskarları 17.99 manat ödəməklə limitsiz suşi yeyə bilərlər.
Bundan başqa film həvəskarları həftəsonu olmasından yararlanaraq ölkəmizdə premyeraları baş tutmuş filmlərə tamaşa edə bilərlər. Belə ki, Park Cinema kinoteatrlarında məçhur reper haqqında çəkilmiş “2pac” əfsanə filmi, həmçinin baş rolda Nikol Kidmanın oynadığı “Faciəvi tamah” və digər film, baş rolda Şarliz Teron, Bill Skarsqard, Sofiya Butella və Ceyms MakEvoy kimi məşhur simaların yer aldığı “Çılğın sarışın” filmlərinin nümayişləri olacaq. Bundan başqa Türk filmlərini sevərlər də bu həftə premyerası olan Geri döndü adlı filmə tamaşa edə bilərlər. Qeyd edək ki, filmlər haqqında daha ətraflı Turizm.fins.az-ın afişa bölməsindən məlumat ala bilərsiz.