ABŞ azərbaycanlılara viza qaydalarını - SADƏLƏŞDİRDİ

Xəbərlər 28 Iyul 2017 07:48 2406
ABŞ azərbaycanlılara viza qaydalarını - SADƏLƏŞDİRDİ

Azərbaycanda ABŞ-a viza almaq prosesi daha sadə olub. ABŞ-ın Azərbaycandakı səfirliyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi, viza prosesinin sürətlənməsi və ABŞ vizalarını yeniləmək məqsədilə təcrübəli ərizəçilər üçün Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib. Seyyah.az seyahetchi.com-a istinadən xəbər verir ki, səfirliyin məlumatına görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsümunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR