Bodrum, Dubay, Barselona,yoxsa Novxanı?- Bu yay hara gedəcəklər?

Seyyah.az "Qafqazinfo"-ya istinadən həmin sorğunu təqdim edir:
Xəbərlər 4 Iyun 2014 00:00 1831
Bodrum, Dubay, Barselona,yoxsa Novxanı?- Bu yay hara gedəcəklər?

Yay fəslinin gəlişi ilə əlaqədar hər kəs istirahətlə bağlı planlar qurur, bu isti günlərdə  harada və necə dincələcəkləri haqda düşünürlər. Sənətçilər arasında yay istirahətləri ilə bağlı sorğu keçirdik.  İstirahət üçün Azərbaycanı seçən də oldu, xaricə üz tutan da. Bəzi sənətçilər isə yayı iş başında keçirəcəklərini bildirdilər. 

Seyyah.az "Qafqazinfo"-ya istinadən həmin sorğunu təqdim edir:

Müğənni İradə İbrahimova: "Bodrumda dincələcəm. İstanbulda yaşasaq da, Bodrumda da evimiz var. Qayınanam, qayınatam, həyat  yoldaşım və qızımla birlikdə istirahət edəcəyik. Yaxın dostlarla ziyafətlər təşkil etməyi düşünürük. Bodrumun havası gözəldir, orada dincəlmək mənim üçün ən  yaxşı  istirahətdir". 

Əməkdar artis skripkaçı Səlim Abbasov: "Hələ dəqiq yer seçməmişəm. Yəqin ki, xarici ölkəyə yollanaram. Çünki Azərbaycanda gəzməli yerlər çox olsa da, qiymətlər bahadır. Burada 5 günə dincəlmək üçün verdiyin pula xaricdə  bir hefte dincələ bilərsən. Qiymətləri ucuzlaşdırsalar, bölgələrimizi gəzəcəm.  Planımda Kipr və Yunanıstan var. Qardaşım Taylandda yaşayır. Deyir ora dünyanın cənnətidir, gəl bura. Taylanda da gedə bilərəm". 

Rəqqas İlham Kərimli: "Azərbaycanımız çox gözəldir. Bakıda qalmağı düşünürəm. Vaxt tapsam Xaçmaz və Nabrana gedəcəm.  Hindistana getmək istəyirəm , amma hələ dəqiqləşdirməmişəm".

 Müğənni Ayan Babakişiyeva: "İstirahət üçün qardaşımla Barselonaya yollanacam. Qızımsız getdiyim üçün tez qayıdacam. Daha sonra ailəmlə birlikdə Azərbaycanın rayonlarını gəzəcəm"

Türkiyədə yaşayan model Günay Musayeva: "İndi işlə bağlı Dubaya gedirəm. Hələ ki, bir planım yoxdur. Bilirsiniz ki, həyat yoldaşım Tolga Karel "Survivor" yarışmasındadır. Onsuz istirahət etmək niyyətim yoxdur. Gəlsin inşallah iyul ayında dincəlmək üçün hansısa ölkəyə üz tutacağıq".

Rəqqasə Fatimə Fətəliyeva: Mənim üçün hələ yay gəlməyib, qışdır. İş başındayam. Görəcəyim işlərim çoxdur, onları yoluna qoyandan sonra istirahət üçün plan quracağam".

Müğənni Günay İbrahimli: "Bir planım yoxdur. Hazırda işlərim var. Yəqin Orucluqda harasa gedərəm. Xarici ölkədə dincəlmək istəyirəm".

Reper Elşad Xose: "Bütün yayı Bakıda olacam. Dincəlməyəcəm, işlərim çoxdur. Konsert vermək haqda düşünürəm. Lakin hələ ki, dəqiq qərara gəlməmişəm". 

Rəqqasə Oksana Rəsulova: "Hələ ki, plan qurmamışam. Hindistana və Türkiyəyə getmək istəyirəm. Hindistan səfərim  işlə bağlı olacaq. Hər şey alınsın bu haqda geniş məlumat verəcəm. İş təqdim etməmiş danışmaq istəmirəm".

Müğənni Yaşar Cəlilov: "Hələ ki, istirahət haqda düşünməmişəm.  Lakin istəyirəm ki, bu yay yaddaşımdan silinməsin, çox gözəl keçsin. Arzum İnşallah reallaşar". 

Könül

OXŞAR XƏBƏRLƏR