Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu istiqamətlərdən biri də İstanbuldur. Bu istiqamətə həm yay həm də qış mövsümündə səfər edənlər olur. Seyyah.az xəbər verir ki, bunu nəzərə alaraq fins.az yay mövsümündə İstanbulda 4 gecə 5 gün istirahətin neçəyə başa gələcəyini öyrənib. Qeyd edək ki göstərilən müddət ərzində istirahət 3 ulduzlu oteldə qonaqlamaqla hesablanıb.
Turizm şirkətlərindən verilən məlumata görə İstanbulun 3 ulduzlu Sedena otelində 4 gecə 5 gün istirahət etmək 1 nəfər üçün 370 dollar başa gələcək. Bu qiymətə aviabilet, transfer, sığorta və səhər yeməyi daxildir. Sedena oteldə iki nəfərin 4 gecə 5 gün qalması isə 666 dollardır.
Turizm şirkətlərindən verilən məlumata görə Kumkapağı qonağı otelində 1 nəfərin 4 gecə 5 gün qonaq olması 350 dollardı. Bu qiymətə səhər yeməyi də daxildir. Adı çəkiləm oteldə 2 nəfərin qonaqlaması isə 627 dollardı. Göstərilən hər iki məbləğə aviabilet, sığorta və oteldə səhər yeməyi daxildir.
Travel şirkətlərindən verilən məlumata görə İstanbulda 3 ulduzlu Molkoç otel s klass-da 4 gecə 5 gün bir nəfərin gecələməsi 347 dollar, iki nəfərin qonaqlaması isə 628 dollardı. Bu qiymətlərə aviabilet, sığorta və oteldə səhər yeməyi daxildir.