İsti yay günlərində Bakı sakinlərinin böyük xərc çəkmədən istirahət edib, sərinləmək üçün imkanlardan biri də Xəzər sahillərindəki çimərliklərdir. Son vaxtlar dəniz kənarında nisbətən bahalı çimərliklər fəaliyyətə başlasa da, hələ də uyğun qiymətə çimərliklər və müvafiq xidmələr tapmaq mümkündür.
Hazırda Bakı ətrafında çimərliklər Buzovna, Pirşağı, Goradil, Fatmayi, Şıxov, Türkan, Şüvəlan, Nardaran, Mərdəkan, Dübəndi, Hövsan, Bilgəh, Novxanı və digər ərazilərdədir.
Seyyah.az sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında Bakı çimərliklərinin bəzilərində qiymətləri və şəraiti təqdiim edir.
Buzovnadakı «Beluqa» çimərliyində
istifadəçilər 5-10 manata istiraşət edə bilərlər. Heç bir xidmətdən istifadə etməyənlər üçün çimərlik pulsuzdur.
Nardarandakı "Golden fish" çimərliyində isə
«Besedka» 20 manat, çətirli stol 5-10 manata başa gəlir. Buradakı kafedə porsiyası 7 manatdan Bej balığı yemək mümkünlür. Çimərlikdə spirtli içki, hətta pivə də satılmır. Yeri gəlmişkən, hesab 50 manatı keçdikdə «besedka» üçün alınan pul qaytarılır, 40 manata qədər olduqda isə «besedka» haqqı 10 manatdan hesablanır.
Nardaran çimərliyində
"Golden fish" çimərliyinin yaxınlığındakı adsız çimərlikdə isə «Evcik»lərdə istirahət 10-15 manat arasındadır.
Bakının ən bahalı akvaparkı sayılan «Dalğa beach»da
Akvaparka giriş böyüklər üçün 50 azn, uşaqlar üçün isə 15 azn təşkil edir. Hazırda akvapark istifadəçiləri arasında çoxsaylı xaricilər, o cümlədən ərəblər var. Bəzi məlumatlara görə, ərəblər üçün akvaparka giriş 75 manat təşkil edir.
Bilgəhdəki kardioloji sanatoriyanın çimərliyində
Giriş pulsuzdur, əlavə xidmətdərdən istifadə etmək istəyənlər stol-stulu 10-15 manata icarə edə bilərlər. Çimərlikdə katamaran və skuter də sürmək olar.
Şüvəlandakı «Şimali DRES»
adlanan çimərlikdə çətirli massa 5 manatdır. İstifadəçilərin sözlərinə görə, bu məbləği ödəyənlər çimərliyin hesabına çay da içə bilərlər.
MTN sanatoriyasının çimərliyində
Avtomobillə giriş 20 manat, şezlonq icarəsi 3 manat təşkil edir.
Novxanıdakı «Caspian Breeze»
Novxanının məşhur «Caspian Breeze» çimərliyində stol-stulu 10 manata icarələmək olar. Şezlonqlar pulsuzdur. Corat qutabı 0,5 manat, qarpız 2 manat, pivə 2 manata başa gəlir. Çimərlik ərazisində filtrdən keçirilmiş dəniz suyu doldurulan hovuz var.
Pirşağıdakı «Heyat» çimərliyində
Çətirli stol-stul 15 manat, şezlonq isə 5 manatdır. İstəyənlər koteclər də icarələyə bilərlər.
Türkandakı «Qala» çimərliyi
«Besedka»nı 10 manata, çətirli stol-stulu 5 manata icarələmək olar.
Mərdəkandakı «Mayak»
çimərliyi çətirli stol-stul üçün ödəniş 6 manatdır.
Şıxovdakı «Dostluq» çimərliyi
Burada giriş haqqı adambaşına 5 manat təşkil edir.
Qeyd edək ki, bu məlumatlar çimərlik istifadəçilərindən alınan məlumatlara əsaslanır. Çimərliklərdə qiymətlərin dəqiq göstərildiyi preyskurant olmadığına görə, rəqəmlər dəyişə bilər.