Qardaş Türkiyədə və ümumiyyətlə bütün dünyada turistlərin ən sevimli səyahət məkanlarından biri heyranedici Kapadokyadır.
Seyyah.az sosial şəbəkə istifadəçisi Yasemen Karimovanın şəxsi təcrübəsi əsasında bu yerdə istirahət və əyləncə imkanlarını təqdim edir.
«Yayın ən istisində Kapadokyaya yola düşdüm. Amma şansdan havalar çox isti olmadı, gözəl keçdi. Araşdırmalara görə, Kapadokya üçün ən uyğun vaxt aprel-may,sentyabr-okyabr aylarıdır. Kapadokya gəzməklə bitməyən və gözəlliklərlə dolu bir yerdir. Burada ən çox turist Çin,Yaponiya və Koreyadan gəlir. Orda öyrəndim ki,onlarim inancına əsasən, onların Allahı orada yerləşir.
Kapadokyada istirahət və əyləncə imkanlarına gəlincə bir neçə məqamı diqqətinizə çatdirmaq istərdim:
- Kapadokyanın məşhur hava şarlarını günün 24 saatı göy üzündə görə bilməzsiniz. Yalnız saat 4-7 arasında. Bu həm də sizə şiş uclu təpələrdən günəş doğuşunu seyr etmək üçün səbəb olacaq
- Şarlarda səyahətin qiyməti 250 lirədir. Qiymətlərdə endrimi almaq da olar, amma bunun üçün yaxşıca bazarlıq etmək – «qiyməti öldürmək» lazımdır
- Kapadokyanın ucuzluq bir yer olduğunu deyə bilməyəcəm. Yemək sevənsinizsə "Teste Kebap" dada bilərsiz, görəsəl (yerli) yeməkdir. Ən ucuz 25 lirədən başlayır, özü də yalniz bir nəyəri doya bilər.
- Qədim sənətlərə marağınız varsa "Gil sənəti" ilə tanış ola bilərsiniz.Bunu sınamaq 10tı civarindadir.
- Şərab sevən birisinizsə mütləq yolunuzu Ürgüpdən salıb görəsəl (yerli) şərabları dadmağınız mütləqdir.
- Sonunda isə qeyd edim ki bu ilk səyahətim oldu. Yollarda daralıb sıxılmayacaqsınızsa gəzə-gəzə gedin. Bu cür getməyim mənə həm Tiflisdə, həm Batumda,həm də Rizədə vaxt keçirməyimə səbəb oldu.
Xoş gəzintilər!