Bakıdan dünyanın bütün istiqamətlərinə səyahət edən sərnişinlər 40%-lik endirimlərdən faydalana bilərlər. Seyyah.az xəbər verir ki, söhbət «Qatar Airways»ın qlobal endirim kampaniyasından gedir. Seyyah.az-ın məlumatına görə, şirkət müştəriləri biznes sinifdə uçağa həvəsləndirmək məqsədiylə bir çox biznes və istirahət istiqamətlərinə «Dünyanın ən yaxşı biznes sinfiylə üçün» adlı 40% endirim imkanı verən qlobal endirim kampaniyasına start verib.
Bu kampaniya «Skytrax» tərəfindən 2017-ci ildə «Dünyanın ən yaxşı biznes sinfi” nominasiyasında qalib olması münasibətiylə aparılır. Nəticədə artıq müştərilər şirkətin biznes sinfi ilə əvvəlki istiqamətlərlə yanaşı, yeni istifadəyə verilmiş Nitsa, Dublin, Skopye kimi şəhərlərə də uça biləcəklər. Azərbaycandan olan müştərilər üçün ən maraqlı yenilik isə avqust ayında «Qatar Airways»ın Kiyev, Praqa və Omanın Sohar şəhərlərinə uçuşlara başlaması olacaq.
Qatar Airways-in Baş Kommersiya Meneceri Ehab Amin bütün müştəriləri «unikal endirim kampaniyasından faydalanmağa və yenilənmiş biznes sinfində səyahət etməyə» çağırıb.
Endirim şərtlərinə görə, müştərilər 31 İyul – 9 Avqust tarixləri arası biznes və birinci sinifdə bilet alarkən 40% endirim əldə edəcəklər. Bu dövrdə alınan biletlər 31 Mart 2018-ci ilə qədər keçərlidir. Endirimlər Kiyev, Praqa və Sohara da uçuşlara da aiddir.
«Qatar Airways»da ən maraqlı yeniliklərdən biri də yeni biznes sinif oturacağı – “Qsuite”dir. Onun vasitəsilə oturacaq formasını dəyişərək yanaşı çarpayıya və ya fırlanaraq otağa çevrilə bilir. Yenilik o qədər maraqlıdır ki, şirkət bunu patentləşdirib.
Yaxın vaxtlarda şirkət Avstraliyanın Kanberra şəhərinə, Rio de Janeiroya və San-Fransiskoya da uçacaq.