Uzaq və yaxın Mərakeş haqda – MARAQLI FAKTLAR

Xəbərlər 31 Iyul 2017 16:20 1451
Uzaq və yaxın Mərakeş haqda – MARAQLI FAKTLAR

Mərakeş Avropadan bir neçə kilometr uzaqlıqda yerləşməsinə baxmayaraq, orada həyat olduqca fərqli axır. Mərakeş ən dadlı mandarinlərilə, ənənələrilə, memarlıq əsərlərilə və qeyri-adi mənzərəsi ilə fərqlənir. Lakin Azərbaycanla bir qədər oxşarlığı da var. Seyyah.az bu ölkə haqda 13 maraqlı fakt toplayıb.

  1. Dünyanın ən qədim universiteti Mərakeşdə yerləşir.

Dünyanın ən qədim universiteti 859-cu ildə açılıb. O zəngin tacir qızı Fatimə əl-Fihri tərəfindən qurulub. Avropa ənənəsindən fərqli olaraq qədim ərəb universitetləri təşkilat adından diplomlar vermirdi, vurğu daha çox fərdi müəllimlərdə təlim almağa qoyulurdu. Əl-Qaraun Avropa mənasında “universitet” kimi yalnız 1947-ci ildə fəaliyyət göstərməyə başladı.

  1. Afrikada qar var

Mərakeşdə qışda xizək və snoubord sürmək, eləcə də qar adamı düzəltmək olar. Atlas dağları arasında Mərakeşdən 75 kilometr uzaqlıqda Ukaymeden adlı yüksək komfortlu dağ-xizək kurortu yerləşir. Orada qar dekabr ayından aprel ayının əvvəlinədək olur.

  1. Mərakeşdə külli miqdarda populyar kino və seriallar çəkilir

Yerli landşaftın gözəlliyi ən məşhur rejisyorları laqeyd qoya bilmədi. 60-ci illərdən əfsanəvi “Ərəbistanlı Lourens” filminin çəkilişdən başlayaraq, burada yüzlərlə kinofilmlər çəkilir. 1983-cü ildə burada dünyanın ən nəhəng kinostudiyalarından biri – “Atlas” – yaradılıb. Bu kinostudiyada “Qladiator”, “İskəndər”, “007: Spektr” və meqapopulyar olan “Game of Thrones” serialı çəkilib.

  1. Burada çörəyi tullamaq olmaz

Mərakeşlilər çoxlu çörək yeyir və hər bir ailədə bu məhsula böyük hörmət var. Çörək qalıqları tullanılmır, uzağı mal-qaraya verilir. Ya da əyər ailənin təsərrüfatı yoxdursa, onlar köhnəlmiş çörəyi, məsələn, yuyucu vasitələrə dəyişə bilər.

  1. İsti suyu santexnikaya tullamaq olmaz

Bu qadağanın boruların konstruksiyası ilə heç bir əlaqəsi yoxdur. Mərakeşdə cinlərin su olan yerlərdə yaşamasına inanırlar. Belə bir inac var ki, siz santexnikaya qaynar su töksəniz, cinləri hirsləndirə bilərsiniz. Ona görə, qaynar su tökəkmdən öncə soyuq su kranını açmaq gərəkdi.

  1. Mərakeş Avropaya göründüyündən daha yaxındır

Mərakeşi Avropadan Gibraltar boğazı cəmi 16 kilometrlə ayırır. Mərakeşin sahilində durunca İspaniyada avtomobillərin hərəkətini izləyə bilərsiniz. İspaniyanın iki anklavi Seuta və Melilya krallığınn öz ərazisində yer alıb. Beləliklə, siz Avropanı Mərakeşdən çıxmayaraq ziyarət edə bilərsiniz.

  1. İndi Mərakeşdə 2967-ci ildir

Ölkənin əksər vətandaşları bərbərlərdi və onlarda indi 2967-ci ildir. Düzdür, krallığ özü bütün planetimiz üçün ümümi olan təqvimlə gedir, lakin 2011-ci ildə bərbərlərin dili (tamazih dili) ərəb dili ilə birgə ölkədə dövlət səviyyəsində hesab olunmağa başlayıb.

  1. Burada ətdən imtina etmək olmaz

Mərakeşdə ət, eləcə də çay, qonağ və ev sahibi arasında əlaqələrdə mühüm rol oynayır. Ətdən imtina kobudluq kimi qəbul olunur. Həmçinin sol əl murdar hesab olunduğuna görə, onunla yemek yeməkdən çəkinmək lazımdır. Yemeyi yalnız sağ əl ilə, baş, işarə və orta barmağların köməyi ilə yemək lazımdır.

  1. Ürək yerinə qaraciyər

Mərakeşdə sevgini biz öyrəşdiyimiz kimi ürək deyil, qaraciyər simvolizə edir. Hesab olunur ki, sağlam qaraciyər həzmə və rifaha kömək edir. “Siz mənim qaraciyərimi fəth etdiniz” ifadəsi sevgi etirafı kimi qəbul olunur.

  1. Rolls-Royce avtomobillərinin bəzədilməsi üçün istifadə olunan ağac yalnız Mərakeşdə bitir

Mərakeşin qırmızı-qəhvəyi tuya ağacı Atlas dağlarının ətəklərində bitir. Bu çox nadir və gözəl ağac Rolls-Royce, Mercedes və BMW-nin alət panelinin istehsalı üçün istifadə olunur.

  1. Neft və qaz yataqlarının olmaması

Neft və qaz yataqlarının olmamasına görə alternativ enerji mənbələrinin kəşfiyyatı üzrə fəal iş aparılır. Kral Muhəmməd VI Saharada günəş enerjisinin konsetratorunun sonuncu hissəsinə start verib. Bu yüksəktexnoloji qurğu bütün dünyada ən iri günəş stansiyası olub.

  1. Mərakeşdə göy rəngə bürünmüş şəhər var

Mərakeşdə mavi rəngə boyanmış bir şəhər var. Şefşauen yəhudi icmasınn sığıncaq şəhəri olub. Məhz onlar binaları müqəddəs mavi rəngə boyadılar. Müasir mərakeşlilər şəhərin boyanmasına tam ciddilik ilə yanaşırlar – tratuarlar, körpülər, skamyalar, hasarlar gör rəngə boyanır.

  1. Evdəki əşyalara heyran olmayın

Əyər sizi qonağ çağırıblarsa və sizin evdə nədənsə xoşunuz gəlibsə, bunu ev sahiblərinə deməyin. Əks halda onlar bu əşyanı sizə hədiyyə etmək məcburiyyətində qalacaqlar. Bu gözdəyməyə qarşı olan bir tədbirdi: hasab olunur ki, evdə həsədə səbəb olan əşyaları saxlamaq olmaz.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR