Azərbaycanlılar xaricdə ən çox harada istirahət edirlər?

Xəbərlər 1 Avqust 2017 10:54 680
Azərbaycanlılar xaricdə ən çox harada istirahət edirlər?

Azərbaycan vətəndaşlarının ən çox səfərə çıxdıqları mövsüm yay hesab olunur. Bu göstərici istər daxili istərsə də xarici turlarda özünü göstəriri. Maraqlıdı bəs görəsən ölkə vətəndaşları xarici turlar zamanı ən çox hansı istiqamətlərə üz tuturlar. Seyyah.az fins.az-a istinadən xəbər verir ki, turizm menecerləri hazırda turistlərimizin ən çox səyahət planı qurduqları ölkələr sırasında Türkiyənin ilk pillədə olduğunu bildirirlər. Qasımov Türkiyə istiqamətində daha aşağı büdcəli otellər Antalya ərazisində olduğundan səyahətçilərin daha çox bu istiqamətə üz tuturlar. Şirkət menecerlərinin sözlərinə görə Türkiyədə ikinci istiqamət isə İstanbuldur. Lakin Türkiyə ilə yanaşı indi Avropa ölkələrinə də kifayət qədər səyahətlər edilməkdədir. Hətta Budapeşt, Budapeşt – Praqa – Vyana şəhərləri istiqamətinə turlara tələbatın Antalya ilə bərabər səviyyədədir.

Buna səbəb isə, aşağı büdcəli WizzAir hava yollarının Bakıdan birbaşa uçuşudur. Həmçinin digər qonşu dövlətləri də siyahıya əlavə etmək olar, burada əsasən Gürcüstan və Rusiyanı da qeyd edə bilərik. Gürcüstanın məsafə etibari ilə yaxın olması səbəbi ilə insanların sərbəst şəkildə gedib gəlməsi mümkün olur və yol xərcləri daha az olur ki, qənaət etdikləri pulu sərbəst şəkildə istirahətlərinə xərcləyə bilirlər. Rusiyaya səfər edənlərin isə daha çox Sankt Peterburq turlarına maraq göstərdiyi qeyd olundu. Daha çox tarix və incəsənət həvəskarlarının Sankt Peterburqu seçdiyi bildirildi. Digər daha ucuz məkanlar isə BƏƏ və Misirdir. Hazırda havanın isti keçməsi səbəbi ilə daha az səyahətçinin bura üz tutduğunu qeyd edə bilərik, lakin yaxın aylar ərzində ən çox səyahətçi qəbul edəcək ölkələr sırasında bu ölkələr ilk pillələri tutacaqlar deyə menecerlər bildirir. Evli cütlüklər isə əsasən Asiya ölkələrinə, Tailand, Malayziya, Maldiv adaları, Avropadan isə Yunanıstan (adaları) və Türkiyəyə gedir.

OXŞAR XƏBƏRLƏR