Qalaaltıda müalicə neçəyədir? – QİYMƏTLƏR

Xəbərlər 2 Avqust 2017 09:31 1623
Qalaaltıda müalicə neçəyədir? – QİYMƏTLƏR

Qalaaltı Hotel & Spa Mərkəzi Şabran rayonunda yerləşir. Mərkəz Bakıdan 120 kilometr aralıda yerləşir. Qalaaltı dəniz səviyyəsində 1000 metr hündürlükdə fəaliyyət göstərir. İstirahət mərkəzində yerləşən 5 ulduzlu oteldə 152 superjunior və 15 suit otaq var. Bundan başqa 3 ədəd villa tipli kotteclər var. Qalaaltı Tibbi-istirahət kompleksi nin ərazisində "ÇIRAQ"tibb mərkəzi fəaliyyət göstərir.

Seyyah.az xəbər verir ki, istirahət mərkəzindən fins.az-a verilən məlumata görə müalicə və istirahət mərkəzində nevroloji, uroloji, qastroenteroloji və endokrinoloji xəstəliklərin müalicəsi mümkündür. Müalicə mineral sular vasitəsilə aparılır. Həftə içi Qalaaltı Hotel & Spa Mərkəzində qonaqlama 1 nəfər üçün 130 manat, iki nəfər üçün isə 195 manatdır. Həftənin 5-ci, 6-cı və bazar günləri 1 nəfər üçün qonaqlama 140, iki nəfər üçün isə 215 manatdır. Bundan başqa istirahət mərkəzində bir nəfərin 1 həftəlik müalicə kursu və oteldə qonaqlamaq paketi 940 manatdır. Bu qiymətə analizlər, bütün müalicəvi prosedurlar, 1 həftə oteldə qonaqlama və gün ərzində 3 dəfə qidalanma daxildir. Bundan başqa oteldə qalmadan da burada müalicə almaq olar. Bu zaman isə bir həftəlik müalicə kursu adambaşına 180 manat edəcək.

OXŞAR XƏBƏRLƏR