Həmidli travel Gürcüstan və Türkiyəyə səfər etmək istəyənlər üçün Bakı -Batumi -Trabzon turunu təqdim edir. Tur avqustun 10-dan 18- nə kimi davam edəcək.
Seyyah.az xəbər verir ki, şirkətdən fins.az-a verilən məlumata görə səfər Bakıdan başlanılacaq. Tura nəqliyyat, Batumidə 3 ulduzlu oteldə qonaqlama, səhər yeməyi, fotosessiya, bələdçi xidməti daxildir.
Bundan başqa səfər iştirakçıları Batumi, Tiflis, Trabzon və Kabuletti şəhərlərini gəzmək imkanı əldə etmiş olacaqlar. Turun qiyməti 350 manatdır.
Bundan başqa Batumidə dəniz sevərlər üçün əlavə ödəniş etməklə yaxta ilə gəzinti də təklif olunur. Yaxta ilə gəzinti istəkdən asılı olaraq həyata keçirilir. Qeyd edək ki, yaxtadan bir nəfər istifadə etmək istəsə, 140 manat ödəməli olacaq. Lakin qrup halında da tur iştirakçıları yaxtadan istifadə edə bilər. Bu zaman da ödəniş 140 manat olacaqdır. Lakin bu zaman ümumi məbləğ bölündüyündən adambaşına daha az ödəniş edilmiş olur.