Chinar Hotel Naftalan işçi axtarır – VAKANSİYA

Xəbərlər 2 Avqust 2017 09:51 962
Chinar Hotel Naftalan işçi axtarır – VAKANSİYA

Çinar Hotel and Spa Naftalan baş mühasibin müavini vəzifəsinə işçi axtarır. İş yeri Naftalanda yerləşir.

Vəzifə öhdəlikləri:

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;

• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;

• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;

• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;

• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;

• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;

• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;

• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;

• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;

• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

Tələblər:

• Ali iqtisadi təhsil;

• Kommersiya müəssisələrində (otel sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;

• İdarəetmə və vergi uçotu üzrə biliklər;

• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;

• MS Office proqramlarını mükəmməl bilməli;

• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

Bu vəzifə ilə əlaqədar müraciət etmək istəyənlər cv-lərini hr@synergygroup.az elektron ünvanına göndərməlidirlər. Müraciət etdiyiniz vəzifənin adını (Baş mühasibin müavini) müraciət məktubunun mövzu bölməsində mütləq qeyd edin. Yalnız seçilmiş namizədlərlə (CV-ləri bütün tələblərə cavab verən) əlaqə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR