Belə geyinənləri Türkiyədən çıxarırlar – QEYRİ-ADİ QƏRAR

Xəbərlər 2 Avqust 2017 17:56 850
Belə geyinənləri Türkiyədən çıxarırlar – QEYRİ-ADİ QƏRAR

Türkiyədə səfərdə olan Azərbaycan vətəndaşı geyiminə görə, ölkədən deportasiya edilib. Seyyah.az türk mediasına istinadən xəbər verir ki, buna həmin şəxsin əynindəki köynək səbəb olub.

Belə ki, Qarsda yaşayan azərbaycanlı üzərində “Hero” (qəhrəman) yazılan idman köynəyi geydiyi üçün nəzarətə götürürülb. Bundan sonra isə adı açıqlanmayan həmin şəxs polisdə ifadəsi alındıqdan sonra  Türkyədən çıxarılıb.

Xatırladaq ki, Türkiyədə R.T.Ərdoğana sui-qəsdə cəhd etməkdə  şübhəli bilinən şəxslərdən birinin üzərində “Hero” yazılı köynək geydiyi bildirilirdi. Bu səbəbdən hazırda bu ölkədə onlarla şəxs nəzarətə götürürülb, ən azı 2 nəfər saxlanılıb.

Bir çox  insanın nəzarətə götürülməsindən sonra “Axşam” qəzeti  “Hero”nun  “Hoca Efendi Razı Olsun” cümləsinin qısaldılmış forması  olduğunu iddia etmişdi.

OXŞAR XƏBƏRLƏR