10 mərtəbəli, 42 otaqlı otel tikilir

Xəbərlər 3 Avqust 2017 00:09 617
10 mərtəbəli, 42 otaqlı otel tikilir

“Hesabat dövründə Naftalan şəhərində 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” kompleksində tikinti işləri davam etdirilmişdir”.

Seyyah.az "Marja.az"a istinadən xəbər verir ki, bu barədə Naftalan şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, 2017-ci ilin birinci yarımilində şəhərə şəfa tapmaq və istirahət etmək məqsədilə üz tutan yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olmuşdur. Belə ki, 2017-cı ilin altı ayında Naftalanın turizm obyektlərində 9.5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-ə yaxın xarici ölkədən gələn turistlər olmuşdur. “TurStat” analitik agentliyinə istinadən bir məlumatı da qeyd edim ki, Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort sayılıb.

Şəhərdə “Qətransız Naftalan məlhəmi”  adlı yeni şirkət fəaliyyətə başlayıb. Naftalan neftindən məhsullar hazırlayan şirkətin məhsulları  “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixrac ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR