“Excelsior Hotel Baku”-nun açıq hovuzundan istifadə QİYMƏTLƏRİ

Açıq hovuza giriş həftə içi günlər bir nəfər üçün 20 AZN və həftə sonu günlər isə 30 AZN təşkil edir
Xəbərlər 5 Iyun 2014 00:00 2357
“Excelsior Hotel Baku”-nun açıq hovuzundan istifadə QİYMƏTLƏRİ

İyunun 1-dən etibarən “Excelsior Hotel Baku” oteli açıq hovuzun yay mövsümünü açıq elan edib. Seyyah.az xəbər verir ki, oteldə böyüklər və uşaqlar üçün hövuzlar var. Açıq hovuza giriş həftə içi günlər bir nəfər üçün 20 AZN və həftə sonu günlər isə 30 AZN təşkil edir. 6 yaşına qədər uşaqların böyüklərlə birlikdə hovuz ətrafına girişi pulsuzdur. Açıq hovuzun ətrafında çimərlik mebelləri və çətirlər yerləşdirilib. Hovuz ətrafında olan “Green House” restoranı, kafe və bar qonaqlara Türk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir. Otel şəhərin mərkəzində olmasına baxmayaraq bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Ətraflı məlumat üçün “Excelsior Hotel & Spa Baku”-nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamq mümkündür. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

OXŞAR XƏBƏRLƏR