Hələlik yay mövsümü davam edir. Bu isə o deməkdir ki, şəhərdən kənara getmək üçün əla fürsət var. İsti yay günlərini həftəsonu bölgələrə səfər etməklə fərqli mühüt və sərin havada keçirmək olar. Odur ki, seyyah.az oxucularına ənənəvi olaraq həftəsonu təşkil olunacaq bir və iki günlük turlar haqqında məlumatları təqdim edir.
Həftəsonu bölgələrə tur bir neçə istiqamətə turlar təşkil olunur. Təşkil olunacaq turlar isə bunlardır.
6 avqust- Quba turu - 20 manat
6 avqust - Qəbələ Turu - 23 manat
6 avqust- İsmayıllı - Lahıc turu - 23 manat
6 avqust - Quba - Qusar Laza turu - 25 manat
6 avqust- Şəki - Qəbələ turu - 25 manat
6 avqust- Masalli -Yardimli turu – 25 manat
Yuxarıda sadalanan turlara nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur rəhbər xidməti, fotosessiya daxildir. Bundan başqa tur iştirakçıları ekskursiyalarda da iştirak edə bilərlər. Ekskursiyalar isə Şəki-Qəbələ turunda Nohurgöl, Şəki Xan sarayı, Karvansaray, Sənətkar emalatxanaları və Halvaçı dükanına olacaq. Lahıca səfər edənlər isə Asma körpü, Şəlalə, Hacı Paşa evi və Lahıc Qəsəbəsinə olacaq. Masallı -Yardımlı turunu seçənlər isə Təkdəm şəlaləsi və İstisuyu görmək şansı əldə edəcəklər. Ölkənin şimal bölgəsinə üz tutanlar isə Qubada Qəçreş meşəsi, Qırmızı qəsəbə və Çənlibel gölü ilə yaxından tanış ola biləcəklər.
Qeyd edək ki , 5 yaşa qədər bir uşaq turda pulsuz iştirak edə bilər. Həmçinin 10+1 kampaniyası mövcutdur. Belə ki, tura qatılan hər 11 nəfərlik qrupda 11-ci şəxs turdan pulsuz yararlanacaq. Məlumat üçün bildirək ki, muzeylərə giriş bileti qiymətə daxil deyil. Turla maraqlananlar 055 695 79 31 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Həmçinin turizm şirkəti də həftəsonu bölgələrə bir günlük turlar təşkil edir. Səfərlər həm şənbə həm də bazar günü həyata keçirilir. Turların istiqamətləri isə belədir.:
5 avqust - Quba turu - 20 manat
5 avqust - İsmayıllı - Lahıc turu - 22 manat
6 avqust - İsmayıllı - Lahıc turu - 22 manat
6 avqust - Masalli -Yardimli turu - 23 manat
Qiymətə nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur rəhbər, fotoçəkiliş daxildir. Bundan başqa göstərilən qiymətə ekskursiyalar da daxildir.
Qeyd edək ki, 10 nəfərdən çox qrup halında tura qatılan hər 11-ci şəxs turda pul ödəmədən iştirak edə biləcək. 0-5 yaş arası uşaqların turda iştirakı pulsuzdur. Məlumat üçün bildirək ki,ödənişləri Milli ön və emanat aparatlarından da etmək mümkündür.
İki günlük turlar
Nabran-"Atlant" turu
"Atlant" turunun qiyməti 30 manatdır. Səfər avqustun 6-da baş tutacaq. Qiymətə nəqliyyat, səhər yeməyi, "Atlant"a giriş biletləri, hovuzdan istifadə, bilyard, tenis, əyləncəli oyunlar, fotessesiya daxildir. Qeyd edək ki, 5 yaşa qədər uşaqların turda iştirakı pulsuzdur.
Gəncə-Göygöl-Maralgöl turu
Avqustun 5-6 -sında isə Gəncə-Göygöl-Maralgölə tur təşkil ediləcək. Turun qiyməti 68 manatdır. Lakin 88 manat ödəməklə gündə 3 dəfə qidalanma paketi də sifariş etmək mümkündür. Tura nəqliyyat, səhər yeməyi, Gəncədə 4 ulduzlu Karvansaray oteldə yerləşmə daxildir. Bundan başqa tur iştirakçıları pulsuz ekskursiyalarda iştirak etmək imkanı əldə etmiş olacaqlar. Ekskursiyalar Xan bağına, Cavad Xan Türbəsinə, Şah Abbas məscidinə, Nizami məqbərəsinə, İmamzadə məscidinə, Yeni Gəncə Heydər parkına olacaq. Turun ikinci günü isə ekskursiyalar Göygöl və Mralgölə həmçinin Göygöl alman kilsəsinə səfər etmək imkanı qazanacaqlar. Məlumat üçün bildirək ki, Göygöl və Mralgölə giriş biletləri qiymətə daxil deyil. Qeyd edək ki, həm Göygölə həm də Maralgölə giriş adambaşı 2 manatdır. Turla maraqlananlar 055 695 79 31 nömrələri ilə əlaqə saxlaya bilərlər (fins.az).