Azərbaycanda bu bölgənin otelləri – TAMAMİLƏ TUTULUB

Xəbərlər 4 Avqust 2017 23:59 548
Azərbaycanda bu bölgənin otelləri – TAMAMİLƏ TUTULUB

Yay mövsümü başlar-başlamaz paytaxt sakinləri yay məzuniyyəti ilə əlaqədər olaraq bölgələrə üz tuturlar.

Bununla yanaşı İran və Körfəz ölkələrindən də gələn turistlər paytaxta həm də bölgələrə səfər edərək yerli otellərin qonağı olurlar. Seyyah.az xəbər verir ki, fins.az ölkədə turist fəallığı ilə əlaqədər olaraq Azərbaycanda otellərin doluluq səviyyəsini öyrənib.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Otellər və Restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndi mayın sonundan iyul ayının 15-nə kimi ölkədə ötellərin doluluq səviyyəsinin 70-80 % olduğunu bildirdi.

Samir Dübəndi otellərdə əksər nömrələrin xarici turistlər tərəfindən tutulduğunu qeyd etdi. Assosasiya rəhbəri yay mövsümünün sonuna kimi otellərdə doluluq səviyyəsinin 95-100 % olacağını bildirdi.

Samir Dübəndi qonaqlarının çoxluğuna görə Qəbələ otellərinin ilk pillədə yer aldığını bildirdi. Qeyd edək ki, qonaq sayına görə otelləri sıralasaq ikinci pillədə Quba-Qusar və Xaçmaz otelləri, üçüncü pillədə isə Gəncə -Qazax otelləri qərarlaşıb. Qonaq sarıdan korluq çəkən isə cənub bölgəsinin otelləri olduğu vurğulandı.

Lakin son zamanlar İrandan bu ölkəyə avtobus turları ilə turistlərin gəldiyi və bunun nəticəsində bu bölgənin otellərinin Gəncə-Qazaxla, üçüncü pilləni bölüşdürdüyü qeyd olundu (fins.az).

OXŞAR XƏBƏRLƏR