Otellərdə pulsuz smartfonlar paylanılacaq

Xəbərlər 4 Avqust 2017 00:29 493
Otellərdə pulsuz smartfonlar paylanılacaq

Moskvada yerləşən otellərdə qonaqlara pulsuz smartfonlar paylanılacaq. Honkonq otel bisnes platforması “handy” Moskva bazarına çıxır. Yeniliyin ilkin olaraq sentyabrda Moskvada fəaliyyətə başlaması planlaşdırılır. Daha sonra isə Rusiyanın digər şəhərlərində də bu yeniliyin tətbiq olunacağı gözlənilir. Bu xidmətin ilkin olaraq Chines friendly sertifikatı almış otellərə veriləcəyi bildirilir.

Pulsuz veriləcək smartfonlar vasitəsi otel qonaqları limitsiz internetdən istifadə etməklə yanaşı, həm xarici ölkə ilə həm də daxili zənglər üçün smartfonlardan istifadə edə biləcəklər. Həmçinin bu smartfonlar vasitəsilə birbaşa otel ilə əlaqə saxlamaq, daha bir nömrənin bronlanması və digər xidmətlərdən yararlanmaq mümkün olacaq.

OXŞAR XƏBƏRLƏR