Bu ilin ilk yarısında xarici turistlər Türkiyədə 1,2 milyard dollarlıq paltar və ayaqqabı alıblar. Türkiyənin statistika institutunun məlumatına görə, yanvar-iyun aylarında ölkəyə 13,7 milyon turist səfər edib. Bunların 2,3 milyonu xaricdə yaşayan türklər olub. Bu dövrdə Türkiyə turizmdən 8,8 milyard dollar qazanıb. Onun 6,8 milyard dollarını xarici turistlər, təqribən 2 milyardı isə xaricdən gələn türklərin payına düşür.
Turistlər Türkiyədə ən çox pulu yemək və içkilərə xərcləyiblər – 1,97 milyard dollar. Xarici nəqliyyata, yəni təyyarə səfərlərinə 1,3 milyard dollar, otel və ev xərclərinə 1,03 milyard dollar xərclənib. Bundan başqa, xaricilər Türkiyədən 477 milyon dollarıq suvenir alıblar. 1,2 milyard dollar isə geyim və ayaqqabılara sərf edilib.