Mövsüm ilə əlaqədər olaraq bir çox vətəndaşların xarici ölkələrə istirahət üçün üz tutduqlarını nəzərə alaraq seyyah.az Şengen vizasını əldə etmək üçün lazım olan sənədlərin siyahısnı təqdim edir.
1. 2 səhifəsi boş olan xarici passport +surəti
2. Tam şəkildə doldurulmuş ərizə forması
3. Son 3 il ərzində olan bütün şengen vizalarının surəti
4. Şəxsiyyət vəsiqəsinin surəti
5. Ağ fonda 3,5×4,5 ölçüdə 2 şəkil
6. İş yerindən arayış və ya təhsil aldığınız universitetdən arayış
7. Hesabın mövcudluğu haqqında arayış (minimal məbləğ - bir gün üçün 100 avro), hesabdan çıxarış (minimum 3 ay üçün) və kredit kartın surəti
8. Aviabiletlərin rezervasiyası
9. Otelin vauçeri
10. Tibbi sığorta
Məlumat üçün bildirək ki,şengen vizasının rüsumu 35 avrodur (fins.az).