1 həftəyə 5 Avropa ölkəsini necə gəzmək olar? – QİYMƏTLƏR

Xəbərlər 4 Avqust 2017 18:47 817
1 həftəyə 5 Avropa ölkəsini necə gəzmək olar? – QİYMƏTLƏR

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən biri  6 gecə 7 günlük Mərkəzi Avropaya tur təşkil edir. Səfər avqustun 18-dən 24-nə kimi davam edəcək. Tura Macarıstan, Çexiya, Almaniya və Polşa daxildir. Turizm şirkətindən Seyyah.az fins.az-a istinadən məlumat verir ki, sadalanan ölkələrin hər birində 1 gün qalmaq mümkün olacaq. Yalnız Almaniyada iki gün qonaqlama olacaq. Turun qiyməti 340 avrodur. Qiymətə 4 ulduzlu otellərdə gecələmə, tur proqrama uyğun olaraq nəqliyyat xidməti, qidalanma (səhər yeməyi), şəhər ekskursiyaları və bütün marşrutlar boyu bələdçi xidməti daxildir. 340 avroya aviabilet, viza rüsumu və bəzi muzeylərə giriş daxil deyil. Turla maraqlananlar 055 695 79 31 nömrələri ilə əlaqə saxlaya bilərlər.

OXŞAR XƏBƏRLƏR