Bakıdan hansı ölkələrə avtobusla getmək olar? - SİYAHI-QİYMƏTLƏR

Xəbərlər 4 Avqust 2017 18:52 24295
Bakıdan hansı ölkələrə avtobusla getmək olar? - SİYAHI-QİYMƏTLƏR

Səyahət mövsümü davam etdikcə bürcəsi az olan turistlər daha ucuz yollarla səfərə çıxmağa çalışırlar. Bakıdan qonşu ölkələrə avtobus reyslərinin olması əsl fürsətdir. 

Seyyah.az Bakı Beynəlxalq Avtovağzalından xarici ölkələrin ayrı-ayrı şəhərlərinə təşkil olunan reyslərin vaxtı və qiymətini araşdırıb. BBA-nın məlumat bürosundan aldığımız xəbərə görə, beynəlxalq marşrutlardan yalnız biri - Bakı-Mahaçqala reysi bağlanıb. Digərləri isə cədvələ uyğun olaraq işini davam etdirir.

 

Maraqlıdır ki, Bakı-Naxçıvan reysi də beynəlxalq marşrutların siyahısında yer alıb. Buna səbəb marşrutun İran ərazisindən keçməsidir. Reysin qiyməti 25 manatdır.

Qiymətlər məsafədən asılı olaraq dəyişir.  Ən ucuz biletlər Gürcüstanın şəhərlərinə satılır- 12 manat. Ən bahası isə Bakı-Nijniy Novqorod reysidir – 110 manat.

Bundan başqa, seyyah.az bildirir ki, ən az müddətli beynəlxalq reys Gürcüstana olanlar (8 saat), ən uzun müddət çəkən avtobus səfəri isə Moskvayadır – bu reysin sərnişinlər  2 sutka yol getməlidirlər.

 

Digər maraqlı məsələ odur ki, avtobusların Bakıdan çıxma vaxtı dəqiq bilinsə də, onların qarşı tərəfdən çıxma vaxtı dəqiq deyil. Normal halda qarşı tərəfdən də avtobuslar Bakıdakı qrafikə uyğun olmalıdır. Məsələn, Bakıdan çıxan avtobus hansı gün və hansı saat yola düşürsə, qarşı tərəfdən çıxan avtobus da həmin formada hərəkətə başlamalıdır.

 

Amma Avtovağzaldan seyyah.az-a bildirirlər ki, avtobusun çıxma vaxtı müştərilərin sıxlığından asılıdır – müştəri az heç olmasa 10-15 nəfər olmalıdır. Sərnişinlərin sayı bundan az olarsa, avtobus reysi ləğv olunur, bu barədə Avtovağzala və qarşı tərəfə məlumat verilir. Bu qayda həm Bakıdan, həm də qarşı tərəfdən çıxan avtobuslara aiddir.

 

Daha ətraflı cədvəldən öyrənin.

OXŞAR XƏBƏRLƏR