Cihan Ateşgöz: "Məqsədimiz müştərilərimizi razı salmaqdır"

Xəbərlər 6 Iyun 2014 00:00 3060
Cihan Ateşgöz: "Məqsədimiz müştərilərimizi razı salmaqdır"

Iyunun 5-də “New Baku Hotel”-də Xaçmazın Nabran qəsəbəsində yerləşən "Malibu" Istirahət Mərkəzinin təqdimat mərasimi keçirilib. 

Seyyah.az xəbər verir ki, tədbirdə çıxış edən "Malibu" Istirahət Mərkəzinin direktoru Cihan Ateşgöz bildirib ki, ötən mövsümlərdən fərqli olaraq bu il mərkəzin menecmenti dəyişib. Onun sözlərinə görə, indi mərkəzdə azərbaycanlı və türk kadrlardan ibarət daha peşəkar heyət çalışır. Müştərilərin bu yeniliyi həm xidmətlərin keyfiyyətində, həm də qiymətərdə hiss edəcəyini deyən direktor bildirib ki, əsas məqsəd müştəriləri razı salmaqdır: “istirahət mərkəzini iki aydır icarəyə götürmüşük. Artıq bir sıra təmir işləri aparılb. Hovuzlar təmir edilib. Servisi təkmilləşdirmişik. Obyekt işlətdikcə, qonaqlarımızın digər tələbatlarını da öyrənməyə çalışacaq və işlərimizi bu yöndə quracağıq”. 

Tədbirdə çıxış edən “Malibu” İstirahət mərkəzinin Bakı ofisinin rəhbəri Tərlan Quliyev qeyd edib ki, mərkəzdə eyni gündə 280 nəfər qonaq qala bilər. “Malibu”-da 4 məhəllədə 50 kotec olduğunu deyən T.Quliyevin sözlərinə görə, ailəvi istirahət üçün nəzərdə tutulan mərkəzdə gün boyu animasiya qrupu fəaliyyət göstərir: “Onlar uşaqlara aid müxtəlif əyləncəli proqramlar təşkil edirlər və onları gün boyu əyləndirirlər. Körpə uşaqlar üçün isə mərkəzdə dayələr var və valideynlər övladlarını onlara etibar edərək rahat şəkildə istirahət edə bilərlər. Bundan başqa mərkəzdə uşaqlar üçün ayrıca hövuz da var. Balacaların hövuzda əyləncəsini təlimçilər müşayət edir”. 

T.Quliyev onu da bildirib ki, “Malibu”-da yeməklər “İsveç” masası üslubunda təqdim edilir. Hər gün qonaqlara Azərbaycan və türkiyə mətbəxinə aid 6 çeşiddə isti, 10 çeşiddən çox da soyuq yeməklər, şirniyyat və meyvə veriləcək. 

Təqdimatda iyunun 21-də Türkiyənin popstarı Ebru Poladın “Malibu”-da baş tutacağı konserti haqqında da məlumat verilib. Bildirilib ki, konsert həmin gün saat 22:00-da başlayacaq və 02:00-dək davam edəcək. Konsertdə Ebru Poladla bərabər DJ İlkan Günüc də iştirak edəcək.

Təqdimatın sonunda iştirakçılar üçün əyləncəli oyun keçirilib və bir neçə nəfərə “Malibu”da 2 gecə/3 günlük qonaq sertifikatı hədiyyə edilib.

 

 

OXŞAR XƏBƏRLƏR